Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

İrəvanın paradındakı gizli mesaj: Ermənistan nəyə hazırlaşır? AÇIQLAMA

İrəvanın paradındakı gizli mesaj: Ermənistan nəyə hazırlaşır? AÇIQLAMA

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 28-i Azərbaycanda Respublika Günü kimi qeyd olunur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Şərqdə ilk parlamentli respublikanın əsası qoyulub. Maraqlıdır ki, eyni tarixdə Ermənistanda da Respublika Günü münasibətilə hərbi parad keçiriləcək. Baş nazir Nikol Paşinyanın paylaşdığı görüntülərdə Ermənistan istehsalı pilotsuz uçuş aparatları və Fransadan alınmış “CAESAR” artilleriya sistemləri nümayiş etdirilib. Bildirilir ki, paradda son illərdə əldə olunan yeni silah və hərbi texnikalar təqdim ediləcək.
Ermənistanın Respublika Günü paradında yeni silahların nümayişi regionda sülh prosesinə necə təsir edə bilər? Rəsmi İrəvanın son dövrdə silahlanmanı sürətləndirməsi hansı mesajı verir?


Sfera.az-a bu haqda açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli artilleriya sistemlərinin və yerli istehsal PUA-ların nümayişinin siyasi-psixoloji mesaj xarakteri daşıdığını bildirib.

“Bu addım həm daxili auditoriyaya, həm də qismən regional kontekstə ünvanlanmış çoxqatlı mesaj kimi qiymətləndirilməlidir”,- deyən millət vəkili rəsmi İrəvanın 2020-ci il müharibəsindən sonra zəifləyən hərbi-siyasi imicini bərpa etməyə çalışdığını qeyd edib:


“Ermənistan cəmiyyətində təhlükəsizliklə bağlı ciddi narahatlıqlar qalmaqdadır və Paşinyan hakimiyyəti ordunun yenidən qurulduğu, müasir silahlarla təchiz edildiyi görüntüsünü yaratmağa çalışır. Paradlar bu baxımdan təbliğat xarakterli və həm də simvolik legitimlik alətidir. Fransadan alınmış silahların nümayişi isə Ermənistanın yeni təhlükəsizlik arxitekturasına keçidinin nümayişidir. İrəvan faktiki olaraq Rusiyadan tam asılı təhlükəsizlik modelindən uzaqlaşmağa və Qərblə, xüsusilə Parislə hərbi əməkdaşlığı dərinləşdirməyə çalışır. “CAESAR” sistemlərinin nümayişi həm də geosiyasi orientasiyanın nümayişidir”. 

E.Mirzəbəyli Ermənistanın bu addımının Moskvaya da mesaj olduğunu vurğulayıb:

“Bu, Moskvaya da mesajdır ki, Ermənistan alternativ təhlükəsizlik tərəfdaşları axtarır. Lakin regiondakı sülh prosesi baxımından məsələ daha həssas görünür çünki bir tərəfdən Ermənistan rəhbərliyi sülh müqaviləsindən danışır, kommunikasiyaların açılmasını və münasibətlərin normallaşmasını gündəmdə saxlayır, digər tərəfdən də intensiv silahlanma prosesi aparır. Bu isə regionda etimad mühitinə mənfi təsir göstərən amillərdən biri kimi qəbul edilə bilər. Azərbaycanın yanaşması ondan ibarətdir ki, davamlı sülh yalnız hüquqi-siyasi öhdəliklərlə deyil, həm də praktiki davranışlarla möhkəmlənməlidir. Əgər paralel şəkildə revanşist ritorika, sürətli silahlanma və hərbi nümayişlər davam edirsə, bu, təbii olaraq suallar yaradır. Xüsusilə Ermənistan daxilində müəyyən siyasi qüvvələrin hələ də təhlükəli ərazi iddiaları narrativlərindən istifadə etməsi silahlanma prosesinin sırf müdafiə xarakterli olub-olmaması barədə şübhələri artırır. Digər tərəfdən, hər bir dövlətin öz müdafiə potensialını gücləndirmək hüququ var. Problem silahlanmanın özündə deyil, onun hansı siyasi konsepsiya ilə müşayiət olunmasındadır. Əgər bu proses real sülh gündəliyi, sərhədlərin delimitasiyası və qarşılıqlı etimad tədbirləri ilə paralel aparılmırsa, regionda yeni təhlükəsizlik dilemması yarana bilər. Hazırkı mərhələdə əsas məsələ odur ki, Cənubi Qafqazda postmünaqişə dövrü hansı model üzrə inkişaf edəcə. Yəni iqtisadi inteqrasiya və kommunikasiya modeli önə çıxacaq, yoxsa hərbi çəkindirmə faktoru gücləndiriləcək? Ermənistanın son addımları göstərir ki,  Ermənistan ikili oyunlarını davam etdirir. Bütün bunlar seçkiqabağı manevr kimi də dəyərləndirilə bilər. Bütün hallarda regionda sülh prosesinin gələcəyi Ermənistanın real siyasi davranışlardan və qarşılıqlı etimad yarada biləcək addımlarından asılı olacaq”.

Məsələ ilə bağlı sabiq diplomat, politoloq Fikrət Sadıqov da açıqlama verib. Onun sözlərinə görə, müasir silahların İrəvanda nümayiş etdirilməsi onu göstərir ki, rəsmi İrəvan dairələri hələ də müəyyən mənada keçmiş yanaşmaların təsiri altındadır:

“Baxmayaraq ki, Azərbaycanla normallaşma prosesi davam edir, Vaşinqtonda saziş paraflanıb və Ermənistan rəhbərliyi dəfələrlə Azərbaycanla münasibətlərin normallaşdırılmasını istədiyini bəyan edib, bunun fonunda hərbi texnikanın nümayişi müəyyən suallar yaradır. Bu vəziyyət bir tərəfdən müsbət mesajların verilməsi, digər tərəfdən isə hərbi hazırlıqlara diqqətin artırılması kimi qiymətləndirilə bilər. Burada əsas sual həmin hazırlığın kimə qarşı yönəldiyidir. Azərbaycanın, Türkiyənin, yoxsa Gürcüstanın? Bunun hansı məqsədə xidmət etdiyini dəqiq demək çətindir. Əslində, Azərbaycana hər hansı güc nümayiş etdirməyə ehtiyac yoxdur. Çünki Azərbaycanın hərbi texnologiyalarının daha müasir olduğu hər kəsə məlumdur və bunu Ermənistan tərəfi də yaxşı anlayır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan hər zaman ayıq-sayıq olmalı, öz ərazi bütövlüyünü qorumağa davam etməli və mümkün fors-major vəziyyətlərdə hər hansı təxribat və ərazi iddialarına qarşı hazır olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 May 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri