Icma.az
close
up
RU
İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açıqlacaq İki ölkə...

İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açıqlacaq İki ölkə...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Sünikə (Zəngəzur dəhlizi – red.) səfəri və burada ermənilərə ünvanlanan açıqlamaları diqqət çəkib. O, sakinlərə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb.

Xaçaturyan dəhlizinin açılmasının Ermənistana böyük iqtisadi üstünlük gətirəcəyini də vurğulayıb. Prezidentin sözləri ümumilikdə rəsmi İrəvanın məsələyə yanaşmasının dəyişməsi və müsbət baxması kimi dəyərləndirilir.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Ermənistanda rəsmi şəxslərin son zamanlardakı bəyanatları onların dəhlizin əhəmiyyətini və açılmasının zəruri olduğunu dərk etdiklərini göstərir:

“Əslində, bu da başa düşüləndir. Çünki dəhliz faktiki olaraq o ölkə üçün tamamilə yeni imkanlar açır. Ermənistan bir tərəfdən qlobal ticarət dəhlizlərinin bir hissəsinə çevrilmək, digər tərəfdən isə tranzit ölkə hüququ əldə etməklə regional layihələrdə iştirak imkanı qazanacaq. Dəhlizin açılması İrəvan üçün bir sıra digər iqtisadi üstünlükləri də təmin edəcək. Məsələn, indiyədək Ermənistanla İran arasında dəmiryolu əlaqəsi yoxdur. Rusiya ilə yük daşımalarında da dəmiryolu ilə bağlı problemlər qalmaqdadır. Lakin Zəngəzur dəhlizinin açılması Ermənistan üçün Naxçıvan üzərindən İran dəmiryollarına birləşmək və Rusiya ilə daha rahat ticarət münasibətləri qurmaq imkanı verəcək”.


Yusif Bağırzadə

Həmçinin oxuyun:

İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”

Politoloqun fikrincə, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinin açılması və Azərbaycanla sülh sazişinin imzalanmasının Türkiyə ilə sərhədlərin açılması və münasibətlərin normallaşması üçün də əsas şərt olduğunu anlayırlar:

“Bu da Rusiyanın iqtisadi asılılığından qurtulmaq üçün Ermənistana hava-su kimi lazımdır.

İstər baş nazir Nikol Paşinyanın, istərsə də Ermənistan Prezidenti Vaaqn Xaçatryanın dəhlizin açılması istiqamətində müsbət bəyanatlarla çıxış etmələri və onun Ermənistan üçün böyük imkanlar yaradacağını bildirmələri tamamilə anlaşılandır.

Bu, həm də onu göstərir ki, Ermənistan rəsmiləri İran və Rusiyadan gələn təhdidləri bir tərəfə qoyaraq ölkənin maraqlarından çıxış etməyə qərar veriblər”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Avqust 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri