Icma.az
close
up
RU
Zəngəzur dəhlizi üçün son tarix İrəvanın qərar anı

Zəngəzur dəhlizi üçün son tarix İrəvanın qərar anı

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Bu layihənin işə düşəcəyi zaman açıqlandı, Qriqoryan yenə destruktiv mövqe qoydu; Ermənistan hara qədər dirənəcək? 

“Zəngəzur dəhlizi layihəsi Türkiyə ilə Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm də Türkiyə işləri davam etdirir”. “Yeni Müsavat” bildirir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu bildirib. Nazir qeyd edib ki, Zəngəzur dəhlizi layihəsinin 3-4 il ərzində həyata keçirilməsi planlaşdırılır. Türkiyəli rəsminin dediyi bir ehtimaldır, yoxsa informasiyaya əsaslanan proqnoz?

Qeyd edək ki, Azərbaycan dəhlizin özünə aid hissəsində infrastruktur işlərini bu il tam yekunlaşdıracaq. Təəssüf ki, Ermənistan hələ də özünə adi seqmentdə heç bir iş görməyib. Bunun əvəzinə İrəvan Bakıya reallığa dəxli olmayan, yəni maneəsiz keçid rejimi ilə uzlaşmayan  qeyri-real təkliflər (“yumşaq rejim”, “sadələşdirilmiş keçid” və s.) verməyə davam edir. Az öncə İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bu xüsusda bildirib ki, “İrəvanın leksikonunda Zəngəzur dəhlizi anlayışı yoxdur”.

Bəs nə vaxt olacaq? Kapitulyant ölkənin dirənişi hara kimi sürəcək?

Yada salaq ki, Azərbaycan lideri İlham Əliyev bu ilin yanvarında yerli telekanallara müsahibəsində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır” deyib.

Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts isə söyləyib ki, Zəngəzur dəhlizini açmaq üçün Azərbaycanın qarşısında duran əsas maneə Rusiyadır. “Rusiya hələ də həm Əliyevə, həm də Türkiyəyə Türkiyənin xarici siyasət doktrinasında yazılanları, yəni Ermənistanın dövlət olmamasını həyata keçirməyə mane olur”.

“Son zamanlar ABŞ da müəyyən qədər "Zəngəzur dəhlizi" ifadəsi və ümumilikdə dəhlizin məntiqini gündəmə gətirib". Bu sözlərin müəllifi politoloq Qrant Mikaelyandır. O iddia edib ki, Azərbaycan heç bir öhdəlik götürmək istəmir.

Əslində Rusiya, Türkiyə, bir sıra Qərb ölkələri və Çin də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ancaq Ermənistan tərəfi “Zəngəzur dəhlizi” ifadəsini yaxına buraxmır. Bu ifadə erməni ictimaiyyətində böyük narazılıqla qarşılanır. Digər tərəfdən, Qriqoryanın bunu İranda dilə gətirməsi də təsadüfi deyil. Çünki İran da bu dəhlizin açılmasına qarşıdır.

Ermənistan Zəngəzur dəhlizi layihəsinə qarşı alternativ kimi “sülh yollarının kəsişməsi” layihəsini irəli sürür. Ermənistan hakimiyyətinin təqdim etdiyi bu layihə regional kommunikasiyaların açılması məsələsində Zəngəzur dəhlizinə qarşı alternativ layihədir. Bununla Ermənistan həm regional kommunikasiyaların açılmasına, həm də Azərbaycana dəhliz verməməyə nail olmaq niyyətindədir. Bu layihə həm də Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlı olan qüvvələrə təklif kimi irəli sürülüb. Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini bildirərək əvəzində bu layihə ilə alternativ yaratmaq istəyir. Ancaq rəsmi Bakının sülhə gedən yolda ən başlıca tələblərindən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır.

Ölkə.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın suverenliyini təhdid etmir. Onun fikrincə, buna baxmayaraq rəsmi İrəvan hələ də bu logistikanın açılmasını özünün ərazi bütövlüyünə qarşı  addım kimi qələmə verir: “Halbuki heç bir dəhliz bir ölkənin suverenliyini poza bilməz. Azərbaycanla İran da Araz dəhlizini reallaşdırır və burada hər hansı beynəlxalq hüquqa zidd hərəkət yoxdur. Ermənistan isə yalana söykənən təbliğat kampaniyası qurub. Bu piar beynəlxalq ictimaiyyəti inandırmağa hesablanıb. Guya dəhlizin açılması ilə Ermənistanın suverenliyi əldən gedir. İran da öz iqtisadi maraqlarından irəli gələrək Zəngəzur dəhlizinə qarşı çıxdığı üçün İrəvana şərik olub, onu öz yalanlarına inanmaqda dəstəkləyir”.

Ç.Qənizadə vurğuladı ki, Zəngəzur dəhlizi Orta dəhlizin bir parçasıdır və dünyanın marağında olan layihədir: “Ermənistan bu prosesi uzun illər yubada bilməyəcək. Çindən Avropaya uzanan bir marşrutun açılmasına Ermənistan kimi kiçik dövlət əngəl ola bilməz. Doğrudur, heç bir tikinti işi həyata keçirməyiblər. Amma bu işin sürətlənməsi üçün təzyiqləri artırmaq lazımdır. Xüsusən də Türkiyə bu məsələdə Ermənistana diplomatik təzyiqlərini artıra bilər. Paşinyan yaxşı başa düşür ki, ölkəsinin nicatı Türkiyə ilə quru sərhədlərin açılmasından asılıdır. Ona görə də Ankara İrəvana bu kontekstdə təzyiqləri işə sala bilər. Eyni zamanda söhbət yolun dəhliz statusu daşıması üstündə olan mübahisədir. Ermənistan maneəsiz keçidə razıdır, dəhliz statusu daşımasına etiraz edir. Məncə, bu məsələdə də müəyyən razılaşmalar mümkündür”.

Hüquq müdafiəçisi əlavə etdi ki, sadəcə, dəhlizin açılmasında çözülməyən düyün nəzarətin kimdə olacağı məsələsidir: “Rusiya israr edir ki, özü kontrol etsin. Bunun üçün 10 noyabr bəyanatına istinad yer alır. Ermənistan isə üçtərəfli razılaşmadan çıxmaqdadır. İrəvan özü yola nəzarəti təmin etmək istəyir. Burada Qərbin də maraqları nəzərə alınmalıdır. Bəli, Avropa və ABŞ da dəhlizə nəzarətin Rusiyada olmasının əleyhinədir. Bütün hallarda, türkiyəli nazir 3-4 ilin proqnozunu veribsə, deməli, yekun sülh müqaviləsi imzalandıqdan sonra reallaşa bilər”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, Ermənistan dəhlizə “hücum” olacağı barədə saxta təbliğatı davam etdirir: “Guya Ordumuz Zəngəzura daxil olacaq və güc yolu ilə koridor açılacaq. Bu bəyanatlar cəfəngiyyatdır. Azərbaycan Prezidenti bəyan edib ki, Zəngəzura avtomobillərlə qayıdacağıq. Yəni tankla, topla olmayacaq. Ortada bir yol layihəsi var və onun gerçəkləşməsini tələb edirik. Ümumiyyətlə, nəqliyyat kommunikasiyalarının blokadadan çıxması ilk növbədə Ermənistan iqtisadiyyatı üçün nəfəslik olacaq. Sadəcə, İrəvanın dəhliz statusundan imtina etməsi problem yaradır. Azərbaycan da bu məsələdə maneə görmür. Əgər dəhliz statusu olmadan açılacaqsa, hər hansı problem olmamalıdır. Yetər ki, bu logistika işə düşsün. Ermənistan isə əlini ağdan qaraya vurmayıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 May 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri