Icma.az
close
up
RU
İrəvanın uğursuz Zəngəzur gedişi

İrəvanın uğursuz Zəngəzur gedişi

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Zəngəzur dəhlizinin biznes idarəçiliyi özəl sektora həvalə oluna bilər”. 

Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan belə deyib. Onun sözlərinə görə, proses Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçirilməlidir. 

“Yeri gəlmişkən, Ermənistanda magistral yolların saxlanması və idarə olunması həmişə özəl şirkətlərə həvalə olunub”, - deyə Baqdasaryan əlavə edib.İyulun 30-da Zəngəzura səfər edən Ermənistan Prezidenti VaahnXaçaturyan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasınınvacibliyindən danışıb.

O, yerli sakinlərlə keçirilən görüşdə bildirib:

“Əgər biz Sünikin (Zəngəzur) qapılarını aça bilsək-43 kilometrin imkanlarını nəzərdə tuturam- əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır”.

Ermənistan hakimiyyətinin rəsmi açıqlamaları Zəngəzur dəhlizinin açılacağına dair rəylərin yaranmasına səbəb olub. Yəni Ermənistan rəhbərliyi nəqliyyat-kommunikasiya vasitələrini blokdan açmağa hazır olduğuna dair mesajlar verir. Lakin həm Prezident Xaçaturyanın, həm də bir gün sonra Bağdasaryanınaçıqlamalarına diqqət yetirdikdə, Ermənistanın bu məsələdə ilkin şərt irəli sürdüyünü görmək olar. 

Prezident Xaçaturyanınsözlərindən də görünür ki, Ermənistan tərəfi Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əlaqələrini təmin  etməyə razılaşa bilər. Beləliklə, Ermənistan tərəfi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində üzərinə götürmüş öhdəliyi yerinə yetirmiş olar. 

Lakin Ermənistan Zəngəzur dəhlizinin 10 noyabr Bəyanatı əsasında açılmasına qarşıdır. Yəni Nikol Paşinyan hökuməti  nəqliyyat-kommunikasiya vasitələrinin təhlükəsizliyinin Rusiya FTX-nin sərhəd qoşunlarına həvalə edilməsini istəmir. Çünki rəsmi İrəvan Rusiya sərhədçilərinin yerləşdiyi ərazidə dəhliz statusunun yaranmasını Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd hesab edir. 

Bunu NazeliBağdasaryanınaçıqlamasından da görmək olar. Yəni Ermənistan Zəngəzur dəhlizinin daha çox ABŞ-nin irəli sürdüyü “yol xəritəsi” əsasında açılmasının tərəfdarı kimi görünür. NazeliBağdasaryanın  bəyanatında da qeyd edildiyi kimi, söhbət magistral yolların özəl şirkətin idarəçiliyinə verilməsindən gedir. 

Daha dəqiq desək, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barakın dediyi kimi, Ermənistan Zəngəzurdan keçən və Azərbaycanın  dəhliz adlandırdığı 42 kilometrlik yolu 99 il müddətinə Amerikanın təhlükəsizlik şirkətinin nəzarətinə verir. Ermənistan rəhbərliyi  bunun mümkünlüyünə işarə edən açıqlamalar versə də, dolayısı ilə prosesin kompromis əsasında həyata keçirilməsini vurğulayır. 

Prezident Xaçaturyan “Sünik qapısı” ifadəsini işlətməklə, yaxud Bağdasaryan prosesi Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçirməyi təklif etməklə Zəngəzurda eksterritoriallığa qarşı olduqlarını bildiriblər. Bununla da Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında magistral yolları yalnız dəhliz statusundan imtina etməklə açmağa hazır olduğuna işarə edir.

 Ancaq istər Xaçaturyanın, istərsə də Bağdasaryanın bəyanatları Nikol Paşinyanın Əbu-Dabidə Azərbaycan Prezidenti ilə müzakirə etdiyi  “yol xəritəsi” əsasında Zəngəzur dəhlizini açmağa hazır olduğuna dair birmənalı fikir yaratmır. Çünki əvvəlcə Tramp administrasiyasının təklifi ilə Zəngəzur dəhlizini autsorsinq prinsipi əsasında ABŞ şirkətinin idarəçiliyinə verməyə razılaşan Paşinyan iyulun 24-də Altayda Rusiyanın Baş naziri MixailMişustinlə görüşdən sonra bu məsələdə əks-mövqe nümayiş etdirdi. 

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı ArmenYeqoyan isə Ermənistan ərazilərini başqa dövlətə icarəyə verməyəcəklərini bəyan etdi. Mediada yayılan məlumatlara görə, Yeqoyanın açıqlaması Mişustinin etirazı və Paşinyanın öz mövqeyindən geri çəkilməsindən sonra baş verib. Rusiya hökuməti bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. 

Zəngəzurdan keçən yollar ABŞ şirkətinin icarəsinə veriləcəyi təqdirdə, AİB-lə İranı birləşdirən quru əlaqəsi kəsilə bilər. İranla AİB arasında yaradılmış azad iqtisadi zonaya çıxış bağlanacaq. Ermənistan ərazisi isə iqtisadi baxımdan iki hissəyə bölünəcək. Bu halda Ermənistan ölkənin şimalında və cənubunda ayrı-ayrı gömrük və iqtisadi qaydalar tətbiq edə bilməz. Nəticədə, Nikol Paşinyan Trampın Zəngəzur dəhlizi planından imtina edib. 

Buradan görünür ki, Ermənistanın Baş naziri Zəngəzur dəhlizi məsələsində qeyri-sabit mövqe tutur. Paşinyan Rusiya ilə siyasi “bazarlığ”a getməyə çalışır. Söhbət gələn il keçiriləcək parlament seçkilərində Rusiyanın Nikol Paşinyan hakimiyyətinə münasibətindən gedir. 

Əgər Rusiya müxalifətə və kilsəyə dəstəyini dayandırıb Paşinyanı devirmək planlarından imtina edərsə, Ermənistanın Baş nazirinin də  ABŞ-nin təklifi əsasında Zəngəzur dəhlizini açmağa razılıq verməyəcəyi  açıq görünür. Ona görə də Prezident Xaçaturyanın və Bağdasaryanınaçıqlamaları daha çox Rusiyaya təzyiq məqsədi daşıyan siyasi manipulyasiyadır. 

Bu variant Azərbaycanın da maraqlarına cavab vermir. Çünki Azərbaycan Naxçıvan MR ilə maneəsiz və təhlükəsiz nəqliyyat əlaqəsinin qurulmasını tələb edir. Ermənistan isə dəhliz prinsipindən imtina etməklə Azərbaycanın təkliflərinə qarşı çıxmış olur. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: Zəngəzur dəhlizi İrəvan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Avqust 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri