Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İrəvanın “üçüncü ölkə” arzusu puç olur

İrəvanın “üçüncü ölkə” arzusu puç olur

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Moskva Ermənistan dəmir yolunun idarəçiliyini əldən vermək istəmir

Qazaxıstan hazırda Ermənistanın dəmir yollarına dair Rusiyaya məxsus konsessiyanın alınması ilə bağlı hər hansı danışıqlar aparmır. Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə həm “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətindən, həm də ölkənin Nəqliyyat Nazirliyindən məlumat verilib.

Qazax dilində abreviaturası KTJ (“Kazakstan temir jolı”) olan səhmdar cəmiyyətdən agentliyin sorğusuna verilən cavabda deyilir: “KTJ-yə Qazaxıstan tərəfinin Ermənistan dəmir yollarının idarə olunmasına dair Rusiya konsessiyasını əldə etməsi ilə bağlı hər hansı rəsmi sənəd daxil olmayıb”. Nəqliyyat Nazirliyindən də bildirilib ki, “bu günə olan məlumata görə, Qazaxıstan tərəfinin Ermənistan dəmir yollarına dair Rusiyaya məxsus konsessiyanın alınması istiqamətində danışıqlar aparılmır”.

Məlumat üçün bildirək ki, konsessiya dövlətllə özəl şirkət arasında bağlanan əməkdaşlıq modelidir. Bu model çərçivəsində dövlətə məxsus təbii sərvətlər, dövlətin mülkiyyətində olan sənaye müəssisələri, infrastruktur obyektləri və ya xidmət sahələri müəyyən müddətə istismar üçün özəl sektora verilir. Buna dair razılaşma, müqavilə imzalanır. Ermənistanın dəmir yolları şəbəkəsinin idarəetməsi 18 ildir ki, “Cənubi Qafqaz Dəmir Yolları” (CQDY) Qapalı Səhmdar Cəmiyyətinin əlindədir. CQDY isə “Rusiya Dəmir Yolları” ASC-nin 100 faizlik törəmə şirkətidir. 2008-ci il fevralın 13-də İrəvanda “Rusiya Dəmir Yolları” ASC ilə Ermənistan Respublikası arasında dövlətə məxsus “Ermənistan Dəmir Yolları” QSC-nin idarəetməsinin “Cənubi Qafqaz Dəmir Yolları” QSC-yə verilməsi barədə konsessiya müqaviləsi imzalanıb.

İndi isə Ermənistan hakimiyyəti dəmir yollarının konsessiya idarəçiliyinin həm Ermənistan, həm də Rusiya ilə dost münasibətləri olan üçüncü ölkəyə verilməsini istəyir. Baş nazir Nikol Paşinyan 2026-cı ilin fevralında ölkə dəmir yolunun müəyyən hissələrinin konsessiyasını Rusiya və Ermənistana dost olan bir dövlətə, xüsusən də Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərə satmağı nəzərdən keçirdiklərini bildirmişdi. Paşinyan az sonra belə bir təklifi Rusiya tərəfinə təqdim etmiş və bunu Ermənistan dəmir yolu şəbəkəsinin Rusiya tərəfindən idarə olunması şəraitində Ermənistanın rəqabət üstünlüklərindən məhrum olması ilə əsaslandırmışdı. Qeyd etmişdi ki, Rusiya tərəfindən idarə olunduğu üçün Ermənistan dəmir yolu şəbəkəsindən istifadə etmək perspektivindən imtina edən ölkələr var. Paşinyan Rusiyanın razılıq verəcəyi təqdirdə, Qazaxıstanın bu konsessiyanı əldə etməsinə Ermənistanın etiraz etməyəcəyini bildirmişdi. Ermənistanın Baş naziri martın 26-da yenidən bu məsələyə qayıtmış, əvvəllər Rusiyaya təqdim etdiyi təklifə istinad edərək, Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin üçüncü ölkəyə verilməsi təklifindən danışmışdı. Həmin gün hökumət iclasından sonra keçirdiyi brifinqdə ölkəsinin dəmir yolu şəbəkəsinin Qazaxıstan tərəfinin idarəçiliyinə verilməsi ilə bağlı müzakirələrin aparıldığı barədə məlumatların doğru olub-olmadığına münasibət bildirən Paşinyan demişdi ki, Rusiya ilə Ermənistan arasında Qazaxıstan şirkətinin hər iki ölkə üçün məqbul olduğu barədə qarşılıqlı anlaşma olsa, etiraz etməzlər: “İndi danışıqlar bir az fərqli gedir, çünki rusiyalı tərəfdaşlar hələ “yaxşı, gəlin bunu edək” deməyiblər. Belə ideyalar mövcuddur, amma onlar yalnız ideyalardır”. Paşinyan qeyd etmişdi ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistanın dəmir yolu ilə bağlı məsələ müzakirə olunub. Lakin o, bu məsələdə yenilik olmadığını, iş prosesinin davam etdiyini əlavə etmişdi.

***

Ancaq Moskva CQDY-dəki konsessiyasını heç kəsə güzəştə getmək niyyətində deyil. Hələ fevral ayında ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan hakimiyyətinin dəmir yolu idarəetməsində Rusiyanı əvəz etmək istəyini “üzərində işlənilməmiş həll yolu” adlandırmışdı. Şoyqu TASS-a verdiyi müsahibədə demişdir: “Digər ölkələrin dəmir yollarını idarə etmək səriştəsini qiymətləndirməyəcəm, amma əminliklə deyə bilərəm ki, başqa bir şirkətin Ermənistanda uzun müddətdir yaxşı şərtlərdən uzaqda effektiv şəkildə fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını tam əvəz edə bilməsi ehtimalı azdır”.

Şoyqu xatırlatmışdı ki, CQDY təxminən, 20 ildir investisiyalarla bağlı müddəalar da daxil olmaqla, konsessiya müqaviləsinin müddəalarını məsuliyyətlə yerinə yetirir. Onun sözlərinə görə, bu müddət ərzində Rusiyanın Ermənistan dəmir yolu sisteminə, o cümlədən dəmir yolu nəqliyyatına yatırdığı investisiyaların həcmi 30 milyard rubldan çox qiymətləndirilir: “İndi isə Nikol Paşinyan Ermənistanın dəmir yollarının Rusiya şirkətinə güzəştə getməsinin potensial tərəfdaşları qorxutduğunu, regional layihələrə mane olduğunu və Ermənistanın dəmir yolu şəbəkəsinə nəzarəti həm Rusiya, həm də Ermənistan üçün dost bir ölkəyə ötürməyi düşündüyünü deyir. Diplomatik olaraq desək, belə düşünülməmiş qərarlar adi Ermənistan vətəndaşlarının ödəməli olacağı eyni dərəcədə təhlükəli təcrübələrə səbəb ola bilərmi? Təxminən 20 il ərzində qurulan sistem bir gecədə, sadəcə, çökə bilər”.

Aprelin 1-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Moskva Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin Qazaxıstana verilməsi ilə bağlı İrəvanla danışıqlar aparmır. Onun sözlərinə görə, martın 30-da Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib ki, Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin Qazaxıstana verilməsi barədə Moskva nə İrəvanla, nə də Astana ilə danışıqlar aparır: “Nəzərə almaq lazımdır ki, bu, profil qurumun rəhbəri tərəfindən verilən açıqlamadır. Mən də xatırlatmaq istərdim ki, Ermənistanla 2008-ci ildə imzalanan müqavilənin müddəti 30 ildir və daha 10 il müddətinə uzadıla bilər. Uzun illərdir ki, “Cənubi Qafqaz Dəmir Yolları” QSC bu müqavilənin şərtləri məsuliyyətlə icra edir. Rusiyanın Ermənistanın dəmir yollarının infrastrukturuna qoyduğu investisiyanın həcmi 30 milyard rubldan çox olub”.

***

İndi isə Qazaxıstan tərəfinin də belə açıqlama ilə çıxış etməsi göstərir ki, İrəvanın arzuladığı “üçüncü ölkə modeli” real siyasi gündəliyə çevrilmir. Paşinyan hakimiyyəti nə qədər çalışsa da, Ermənistanın dəmir yolu şəbəkəsinin idarəçiliyini Rusiyanın əlindən almaq, yaxud onu üçüncü tərəfə ötürmək cəhdləri kağız üzərində qalır. Qazaxıstanın bu istiqamətdə heç bir danışıqlar aparılmadığını rəsmən bildirməsi Kremlin mövqeyi ilə üst-üstə düşür. Astana heç vaxt Rusiyanın iradəsinə zidd addım atmaz, xüsusilə də strateji nəqliyyat infrastrukturu kimi həssas sahədə. Bu, Paşinyanın planının əsas dayaqlarından birinin çökməsi deməkdir. Ermənistan rəhbərliyi ümid edirdi ki, Rusiyanın razılığı ilə də olsa, dəmir yolu konsessiyasını Qazaxıstana ötürməklə həm Moskvanın təsirini zəiflədəcək, həm də özünü alternativ tərəfdaşlara açıq ölkə kimi təqdim edəcək. Lakin nə Qazaxıstan bu yükü üzərinə götürmək istəyir, nə də Rusiya buna yaşıl işıq yandırmağa hazırdır.

Moskvanın mövqeyi kifayət qədər sərt və aydındır: CQDY-yə yatırılan milyardlarla rubl, 20 ilə yaxın qurulmuş idarəçilik sistemi və dəmir yolunun strateji əhəmiyyəti heç bir halda üçüncü tərəfə güzəştə gedilməyəcək. Şoyqunun, Zaxarovanın açıqlamaları və indi də Astanadan verilən cavab göstərir ki, Paşinyanın “konsessiya manevri” siyasi reallıqla toqquşub. Ermənistan hakimiyyəti nə qədər təkliflər irəli sürsə və nə qədər “dost ölkə” axtarsa da, bu layihənin həyata keçməsi mümkün görünmür. Beləliklə, İrəvanın Rusiyanı sıxışdırmaq cəhdi yenə nəticəsiz qalır və Ermənistan dəmir yollarının gələcək taleyi hələ uzun müddət Moskvadan asılı olacaq.

S.HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri