Ombudsman seçkilərində əla rəqabət olacaq Deputat
Icma.az, Modern.az saytına istinadən bildirir.
Ombudsman seçkilərində əla rəqabət var, hər bir namizəd çox samballı hüquqşünasdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov komitənin iclasında Ombudsmanın seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
Deputat Səbinə Əliyevanın rəhbərliyi dövründə vətəndaşların Ombudsman təsisatına müraciətlərinin davamlı artdığını bildirib:
“Vətəndaşların ən çox üz tutduğu ünvanlardan birinə çevrilən Ombudsman institutuna 2025-ci ildə 42 685 müraciət daxil olub, 9 060 qəbul həyata keçirilib. Hesabatlarda təkcə problemlərin təsviri deyil, eyni zamanda real həlli yolları göstərilir. Son dəfə irəli sürülən 94 təklif və təşəbbüs də bunun bariz nümunəsidir”.
E.Nəsirov Prezidentin təqdim etdiyi hər üç namizədi tanıdığını və onların peşəkar hüquqşünaslar olduğunu vurğulayıb:
“Cənab Prezidentin təqdim etdiyi namizədlərin hər biri ilə tanışam, onların avtobioqrafiyası göstərir ki, çox samballı hüquqşünaslarımızdır. Ombudsman seçkilərində əla rəqabət var, bu da ölkəmizdə demokratiyanın növbəti bariz göstəricisidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 Oktyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















