Icma.az
close
up
RU
İrəvanla Bakı nəyi razılaşdırmayıb? Paşinyan açıqladı

İrəvanla Bakı nəyi razılaşdırmayıb? Paşinyan açıqladı

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Delimitasiya komissiyalarının iclası ilə bağlı razılıq əldə edildikdə, bu barədə məlumat veriləcək. Hələlik görüşün vaxtı ilə bağlı konkret razılaşma yoxdur”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib.

“Hər şey komissiyanın nizamnaməsində göstərildiyi kimi olacaq. Sənəd dərc olunub. Biz hazırıq və səmimiyyətlə deməliyəm ki, delimitasiya prosesi əslində 2024-cü ildə çox konkretləşdi. Azərbaycanla ilk dövlətlərarası sənədimiz var. 

Ölkələrin hər biri prinsipial əhəmiyyət kəsb edən bu sənədi təsdiqləyib. Artıq razılıq var ki, qarşıdakı dövrdə komissiyalar və tərəflər Ermənistan-Azərbaycan sərhədinin Gürcüstan sərhədindən İran sərhədinə qədər demarkasiyası işinə diqqət yetirəcəklər”,-deyə o bildirib.

Paşinyan sülh müqaviləsindən də danışıb:

“Sülh müqaviləsi ilə bağlı yeni heç nə yoxdur, çünki mən artıq demişəm ki, layihənin 17 bəndindən 15-i razılaşdırılıb. Razılaşdırılmamış iki məqam var və Ermənistan onların hər ikisi üçün həll yolları təklif edib. Onlardan biri sərhəddə üçüncü ölkə qüvvələrinin nümayəndələrinin yerləşdirilməməsi ilə bağlıdır. Biz bunu sərhədə, delimitasiya olunmuş ərazilərə tətbiq etməyi təklif edirik. Hüquqi məsələlərlə bağlı mübahisələrin beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi də var ki, müəyyən şərtlər daxilində bizim üçün məqbul ola bilər. Biz nəinki beynəlxalq məhkəmələrdən nəyisə geri götürürük, həm də bu mübahisələrdən tamamilə imtina edirik.

Əks halda elə bir vəziyyət yarana bilər ki, biz hansısa məsələni geri götürürük, Azərbaycan da öz iddialarını geri götürür. Yəni biz razılaşırıq ki, bunu beynəlxalq qurumlara təqdim etməyəcəyik. Lakin növbəti mərhələdə Azərbaycan bu məsələləri ikitərəfli danışıqlar masasına qoyur. Bunun ətrafında vəziyyət gərginləşə bilər.

Bu halda biz artıq beynəlxalq platformalardan istifadə edərək bu eskalasiya riskini idarə etmək yolumuzu bağlayacağıq”, - Paşinyan bildirib.

Xəzər
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri