Icma.az
close
up
RU
İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq?

İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İran Suriyadakı silah-sursatın bir qismini Ermənistana ötürə bilər.

Qeyd edək ki, Əsəd rejiminin devrilməsindən sonra İranda Suriyada silahlarının taleyi qeyri-müəyyən qalıb. 

Qərb mətbuatına görə, İran silahları Livandakı “Hizbullah” qruplaşmasına göndərilib.

Bır sıra erməni və farsdilli teleqram kanallarında yayılan məlumatlara görə, İran hakimiyyəti Suriyadakı silah arsenalının bir hissəsini Ermənistana göndərməyi planlaşdırır. Hətta belə bir iddialar dolaşır ki, silahların Ermənistana göndərilməsi ilə bağlı Tehran və İrəvan arasında razılıq əldə olunub. 

Xatırladaq ki, Tehranın Ermənistanı dəstəkləməsi yeni bir hadisə deyil. Tehran hər zaman regionda anti-Azərbaycan siyasəti yürüdüb.

Son 30 il ərzində İran Ermənistana həm iqtisadi, həm enerji, həm də hərbi dəstək verib.

Maraqlıdır, belə bir halın baş verəcəyi təqdirdə Azərbaycan hansı zəruri addımlar atacaq? 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İranın Ermənistanı silah-sursatla təmin etməsi İrəvanın əleyhinə işləyəcək: 

“İranın Ermənistanın silahlandırılması prosesində iştirak etməsi ilə bağlı yayılan məlumatlar yeni bir hadisə deyil. Əvvəllər də belə bir məlumatlar yayılıb.

Əgər İranın Suriyadakı silahlarının bir qismi Ermənistana ötürülməsi barədə yayılan məlumatlar doğrudursa, bu, Tehranın ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirdiyi anlamına gələcək. Onsuzda İran hakimiyyəti bu siyasətini davam etdirir. 

Əslində İranın hərbi-siyasi və dini rəhbərliyi heç bir zaman Ermənistana və Azərbaycana yönələn ənənəvi siyasətindən əl çəkməyəcək. Ümumi götürdükdə, İran Suriyadakı silahlarının bir qismini Ermənistana ötürsə belə, bu silahların İrəvana hər hansı fayda gətirəcəyi inandırıcı görünmür.  

İran, Fransa və digər ölkələr Ermənistanı müasir silah-sursatla təmin edə bilər, amma nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanla silahlanma yarışında rəqabət aparmaq iqtidarında deyil. Ermənistanın elə güclü iqtisadi və maliyyə resusrları yoxdur ki, Azərbaycanla rəqabət apara bilsin. 

Əslinə baxanda, Ermənistanın silahlanması onun özünə ciddi təhlükə yaradır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan silahlanaraq Azərbaycana təhlükə yaradarsa, Azərbaycan sakit durub seyr etməyəcək və adevkat cavab tədbirləri görəcək.

Hesab etmək olar ki, İranın Ermənistanı silah-sursatla təmin etməsi İrəvanın xeyrinə yox, əleyhinə işləyəcək. İrəvan nə qədər silahlanacaqsa, Azərbaycan daha yüksək səviyyədə silahlanacaq və Ermənistana cavab zərbələri endirəcək”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Yanvar 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri