Icma.az
close
up
RU
“Bakı İrəvanla razılaşsa, İranın iddiası puç olacaq” “Vilayəti İranın gücünü çox şişirdir...”

“Bakı İrəvanla razılaşsa, İranın iddiası puç olacaq” “Vilayəti İranın gücünü çox şişirdir...”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib ki, guya İran Zəngəzur dəhlizinin yaradılması cəhdinin qarşısını alıb.

“Bu layihə uğursuzluğa düçar oldu” – deyən Vilayətinin fikrincə, bu layihə əslində İran dəhlizinin parçalanması və Avropaya yolun əngəllənməsi demək idi. 

Vilayəti İranın hətta Rusiyanın dəstəyi olmadan ağıllı diplomatiya yolu ilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi qorumağa və NATO-nun qarşısını almağa nail olduğunu vurğulayıb.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Vilayəti bu açıqlaması ilə İranın gücünü çox şişirdib:“Birincisi, Zəngəzur dəhlizi İranın mövqeyinə görə ləngiməyib. Azərbaycan Ermənistandan açıq dəhliz tələb edir, İrəvan isə dəhlizdə sərhəd və gömrük xidmətinin fəaliyyət göstərməsini istəyir. Yəni Ermənistan hökuməti dəhlizin əleyhinə deyil, əksinə Baş nazir Nikol Paşinyan ölkəsinin Zəngəzur dəhlizi vasitəsilə Orta dəhlizin tərkib hissəsi olması istəyir, iki ölkə arasındakı məsələyə baxışdakı fərq sadəcə Zəngəzur dəhlizinin işləmə mexanizmindədir”.

Politoloq qeyd edir ki, bir gün Bakı ilə İrəvan ortaq məxrəcə gələrək Zəngəzur dəhlizinə razılaşarsa, Vilayətinin “İran Zəngəzur dəhlizinin reallaşmasının qarşısını aldı” iddiası puç olacaq: “Vilayətinin simasında İranda qərar verənlər hələ də yanlış olaraq düşünürlər ki, guya Zəngəzur dəhlizi İranın Avropaya yolunu parçalayır. Birincisi, Ermənistan üzərindən belə bir yol yoxdur, ikincisi İran Avropa ilə idxal-ixrac əməliyyatlarını işlək vəziyyətdə olan Azərbaycan və Gürcüstan, o cümlədən Qara dəniz üzərindən həyata keçirə bilər”.

O ki qaldı, İranın NATO-nun Cənubi Qafqaza daxil olmasının qarşısının alınması barədə İran rəsmisinin dediklərinə, E.Şahinoğlu xatırladır ki, Azərbaycanın və Ermənistanın Şimali Atlantika Blokuna üzvlük istəyi yoxdur.

“Cənubi Qafqazın üçüncü ölkəsi Gürcüstan üzvlükdən imtina etməsə də, Tbilisi ilə Brüssel arasında hazırki münasibətlər şərtləri daxilində bu mümkün deyil. Buna baxmayaraq, Cənubi Qafqazın hər 3 ölkəsi NATO-nun proqramlarında fəal iştirak edir, Azərbaycan və Gürcüstan isə Şimali Atlantika Blokunun əsas dövlətlərindən biri olan Türkiyənin bölgədəki əsas müttəfiqləridir. Bunu da Vilayəti bilməmiş deyil”, - ekspert vurğulayıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri