İRİA və “Plug and Play” startapların qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ABŞ-nin nüfuzlu innovasiya şirkəti olan “Plug and Play”in əməkdaşlığı çərçivəsində yüksəkpotensiallı startapların “Silikon vadisi” ekosisteminə çıxışını sürətləndirən "GOAL" proqramına (soft landing) start verilib. Proqram ərzində startaplar yeni bazarlara çıxış məqsədilə strateji hazırlıq, adaptasiya, uğurlu rəqabət və investisiya cəlbi kimi bacarıqlara yiyələnəcək, “Plug and Play”in aparıcı ekspertlərinin mentorluq dəstəyi və “Silikon vadisi”nin şəbəkələşmə imkanlarından faydalana biləcəklər.
Proqram 13 aprel – 26 may 2026-cı il tarixlərində keçiriləcək və son iki həftəsi ABŞ-nin texnologiya nəhənglərinin yerləşdiyi Silikon vadisində baş tutacaq. Proqram ərzində startapların, həmçinin “Plug and Play” şirkətinin təşkilatçılığı ilə keçirilən “Silicon Valley Summit”də iştirakı nəzərdə tutulur. Hər il minlərlə iştirakçını cəlb edən bu sammit dünyanın ən böyük innovasiya tədbirlərindən biri olmaqla qlobal şirkətləri, investorları, startapları və ekosistem liderlərini bir araya gətirir. Bununla yanaşı, proqramda iştirak edən startaplar xüsusi qiymətləndirmə ilə seçilərək sammitdə investorlar önündə çıxış etmək imkanı da əldə edəcəklər.
Proqrama müraciətlər 3 aprel 2026-cı il tarixinədək açıq olacaq. Startaplar bu link üzərindən proqrama müraciət edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 23 Mart 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















