İrlandiya prezidenti ötən gecəni xəstəxanada keçirib
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İrlandiya hazırkı prezidenti Maykl D. Hiqqins ötən gecəni xəstəxanada keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb.
Dünən İrlandiya lideri özünü pis hiss etdiyini bildirdikdən sonra müayinə üçün "Müqəddəs Ceyms" xəstəxanasına gedib. Tibb müəssisəsində onda infeksiya aşkar edilib.
"Prezidentin əhval-ruhiyyəsi yaxşıdır, ona antibiotik vurulduğu üçün gecəni xəstəxanada qalıb", - deyə nəşr Hiqqinsin ofisinin bəyanatına istinadən yazıb.
Xatırladaq ki, 84 yaşlı siyasətçinin ikinci və son səlahiyyət müddəti 10 noyabrda başa çatır. Oktyabrın 24-də irlandiyalılar müstəqil sol siyasətçi Ketrin Konnollini onun varisi seçiblər.
Baxış sayı:105
Bu xəbər 27 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















