İş adamı ər arvadı öldürüb meyitlərini parçaladı
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Moskva vilayətinin İstra şəhərində biznes ortağı torpaq sahəsi üstündə yaranan mübahisəyə görə ər-arvadı qətlə yetirib. O, cütlüyü tapança ilə vurduqdan sonra meyitləri hissələrə ayıraraq Lobananovo kəndindəki öz torpaq sahəsində basdırıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, şübhəli ailəni gecə görüşə çağırıb. Evin darvazası yaxınlığında tapançadan hər birinə azı iki dəfə atəş açıb. Daha sonra meyitləri hissələrə ayırıb, qalıqları paketlərə yerləşdirərək öz torpaq sahəsində basdırıb. Silahı da ayrıca paketdə həmin ərazidə gizlədib.
İlkin məlumata görə, torpaq sahəsinin satışı ilə bağlı razılaşma demək olar ki, tamamlanıb. Şübhəli sahənin pulunu ödəyib, lakin tərəflər sənədləri imzalamağa imkan tapmayıblar.
Həlak olanların 61 yaşlı beton biznesi sahibi Andrey və onun 53 yaşlı həyat yoldaşı Oksana olduğu müəyyən edilib. Qadın Moskvadakı klinikalardan birində kosmetoloq işləyib. Onlarla avqustun 27-dən əlaqə saxlamaq mümkün olmayıb.
Şübhəli şəxs 58 yaşlı Mixaildir. O, şirkətlərdən birinin baş direktorudur, evlidir və iki övladı var. Mixail saxlanılıb və əməlini etiraf etdiyi bildirilir. Məhkəmə onun barəsində qətimkan tədbirini sabah seçəcək.
Hazırda hadisə yerində polis əməliyyatçıları və müstəntiqlər işləyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 05 Sentyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















