Icma.az
close
up
RU
İş adamının pulu mənimsənilib? Qalmaqal

İş adamının pulu mənimsənilib? Qalmaqal

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda sahibkara çoxmənzilli yaşayış binasının tikintisinə köməklik edəcəyinə söz verərək ona qarşı dələduzluq edən şəxsin cinayət işinin bəzi detalları məlum olub.

Mia.az Lent.az-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs Aydın Cəfərov tanışı Müşfiq Muradov və başqaları ilə qabaqcadan əlbir olaraq ötən ilin yanvarında "Azland Residence" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 96F saylı sahədə çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyi ilə bağlı iş adamı Azadxan Xanməmmədova vəd verib.

O, Azadxan Allahqulu oğlu Xanməmmədova özünü Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli şəxsləri ilə işgüzar əlaqələrinin olduğunu, eləcə də özünü Azərbaycan Respublikasının ali kateqoriyalı orqanının yuxarı vəzifəli şəxsinin qeyri-rəsmi köməkçisi kimi təqdim edib.

"Alliance Plaza"dakı ofisində görüşləri və telefon danışıqları zamanı Azadxan Xanməmmedovdan çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına görə, özü və Müşfiq Muradovun vasitəsilə birbaşa yolla  500.000 (beş yüz min) manat məbləğində pul vəsaitini alıb.

Daha sonra təqsirləndirilən şəxs tikiləcək çoxmənzilli yaşayış binasının eskiz layihəsinin çəkilməsinin zəruri olduğunu və həmin eskizi çəkdirəcəyinə inandıraraq Azadxan Xanməmmədovdan 6 min manat alıb.

Beləliklə, Aydın Cəfərov etibardan sui-istifadə etmə yolu ilə Azadxan Xanməmmədova məxsus 506.000 manat məbləğində pulu mənimsəyərək ona qarşı xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, iş adamı Azadxan Xanməmmədovun adı mediaya yad deyil. O, dəfələrlə bu kimi mövzularla mətbuatın gündəmə gəlib. A.Xanməmmədov bir neçə il əvvəl “Safastore” mağazasına basqın təşkil etdiyi üçün həbsdə yatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Yanvar 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri