Icma.az
close
up
RU
İş görülür, pul ödənilmir: Frilans çalışanların hüquqları nələrdir?

İş görülür, pul ödənilmir: Frilans çalışanların hüquqları nələrdir?

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son illərdə frilans iş modeli bir çox insan üçün əlavə gəlir əldə etmək və ya əsas iş yeri olmadan çalışmaq imkanına çevrilib. Bu iş forması əməkdaşlara vaxtlarını daha sərbəst planlaşdırmağa imkan versə də, müəyyən riskləri də özündə ehtiva edir. Belə ki, frilans çalışanlar bəzən gördükləri işin qarşılığında ödənişlərini vaxtında ala bilmir, hətta bəzi hallarda ümumiyyətlə ödənişsiz qalırlar. Əmək münasibətlərinin ənənəvi iş modelindən fərqli olması bu cür problemlərin həllini də çətinləşdirə bilər. Bəs frilans çalışanların əməkhaqqı ala bilmədikləri hallarda hansı hüquqları var və ödənişlərini tələb etmək üçün hansı addımları ata bilərlər?

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Banco.az-a açıqlamasında bildirib ki, frilans işlər evdən, kafedən və s. kimi yerlərdən idarə oluna bilər. Özəlliklə qrafik dizayn, tərcümə işləri, sosial media marketinq, veb saytların qurulması və s. xidmətlər frilans işlər arasında çoxluq təşkil edir:

"Frilans işləyən şəxs, qazancını maaşla deyil, etdiyi iş üzərindən ya da saata uyğun əldə edir. Burada iş saatları frilanser və sifarişçi arasında razılaşdırıla bilər.

Frilans (sərbəst) fəaliyyətlə məşğul olan şəxslərin gəlirlərinin hüquqi çərçivəyə salınması, vergi öhdəliklərinin tənzimlənməsi ölkə qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. Müstəqil şəkildə xidmət göstərən, müxtəlif layihələrdən gəlir əldə edən frilanserlər fəaliyyətlərini qanuni əsaslarla həyata keçirmək üçün ilk növbədə Dövlət Vergi Xidmətində fiziki şəxs kimi uçota durmalı, VÖEN (Vətəndaşın Ödəyici Kodu / Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) əldə etməlidirlər. Bu prosedur frilanserə rəsmi müqavilələr bağlamaq, bank hesabları vasitəsilə leqal ödənişlər qəbul etmək imkanı yaradır".

F. Əkbərovun sözlərinə görə, frilanser müştərinin sadəcə mövcud sifarişini etməklə məsuldur: "Sığorta və digər ehtiyaclar tərəflərin məsuliyyəti üzərində deyil. Əgər işçilərlə müəssisə arasında rəsmi əmək müqaviləsi bağlanıbsa, onların əmək hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə qorunur və işəgötürən əməkhaqqını qanunla müəyyən edilmiş müddətdə ödəməyə borcludur. Əməkhaqqının uzun müddət ödənilməməsi isə əmək qanunvericiliyinin kobud şəkildə pozulması hesab olunur.

Belə olan halda, işçilər ilk növbədə Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi qaydada müraciət etməlidirlər. Bu qurum əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarətini həyata keçirir və daxil olan müraciətlər əsasında araşdırma apararaq qanunvericilikdə nəzərdə tutulan tədbirləri görə bilər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 Oktyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri