Icma.az
close
up
RU
İş görüşməsində əsla etməməli olduğunuz 7 səhv

İş görüşməsində əsla etməməli olduğunuz 7 səhv

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir rəqabətli iş mühitində iş görüşməsinə dəvət almaq uğurun yalnız yarısıdır. Əsas olan, bu görüşmə zamanı vəzifəni qazanmaq şansınızı artıracaq və ya azaldacaq davranışlar nümayiş etdirməkdir.

Qaynarinfo “Forbes”ə istinadən xəbər verir ki, “TopResume” tərəfindən aparılan bir araşdırmaya görə, işəgötürənlərin və insan resursları mütəxəssislərinin böyük əksəriyyəti (92%) namizədi hətta müsahibə başlamadan belə davranışlarına əsasən dəyərləndirə biləcəklərini bildirir.

Bir iş axtaran şəxs olaraq, işəgötürənlərin və insan resursları mütəxəssislərinin nələrə diqqət yetirdiyini başa düşmək, iş təklifi almaq və ya mənfi cavab almaq arasındakı fərqi müəyyən edə bilər. İşəgötürənlərin namizədlərdən imtina etməsinə səbəb olan yeddi əsas səhvə nəzər salaq.

İş görüşməsində yol verilməməli olan səhvlər

Görüşməyə gecikmək (əsaslı səbəb olmadan)

Görüşməyə gecikmək qədər hörmətsizlik və zəif zaman idarəçiliyini göstərən başqa bir davranış yoxdur. “LinkedIn”in minlərlə işəgötürənlə keçirdiyi sorğuya görə, iştirakçıların 53%-i iş görüşməsinə gecikməni ciddi problem kimi görür.

“Ringover” şirkətinin araşdırmasına əsasən, insan resursları mütəxəssislərinin 35,8%-i gecikməni müsahibə prosesində ən böyük mənfi cəhət hesab edir. Gecikmək işəgötürənə belə bir mesaj göndərir: “Bu iş fürsəti mənim üçün önəmli deyil”.

Bunun əvəzinə nə etməli?

Bu mənfi təsiri aradan qaldırmaq üçün görüşməyə 15 dəqiqə əvvəl getməyi planlaşdırın. Lakin çox erkən də getməyin, çünki bu da narahatlıq yarada bilər. Əgər gözlənilməz bir hadisə baş verərsə, mütləq işəgötürənlə əlaqə saxlayın, vəziyyəti izah edin və lazım gələrsə, görüşmənin yenidən planlaşdırılmasını təklif edin.

Hazırlıqsız olmaq

“TopResume”nin sorğusuna əsasən, şirkət haqqında araşdırma aparmadan görüşməyə getmək üçüncü ən ciddi səhv kimi qiymətləndirilir. “Ringover”in araşdırmasına görə isə, müsahibə aparan şəxslərin 30%-dən çoxu bunu dərhal qırmızı siqnal kimi görür.

“Walmart”ın baş insan resursları mütəxəssisi Ketrin Pilant namizədlərin görüşməyə CV olmadan gəlməsini böyük problem hesab edir. CV olmadan təcrübəni ətraflı müzakirə etmək çətinləşir.

Bunun əvəzinə nə etməli?

Şirkət və vəzifə haqqında əvvəlcədən ətraflı araşdırma aparın. Təcrübənizin vəzifənin tələbləri ilə necə uyğunlaşdığını izah edən nümunələr hazırlayın, yanınızda bir neçə nüsxə CV gətirin vəzifə ilə bağlı ağıllı suallar hazırlayın və cavablarınızı məşq edin. İş görüşməsinə hazırlıq yalnız şirkət haqqında əsas məlumat toplamaqdan ibarət deyil, həm də bacarıqlarınızın vəzifəyə necə uyğun olduğunu dərk etməyi əhatə edir.

İşgüzar maraq göstərməmək

“TopResume”nin araşdırmasına əsasən, iş görüşməsi zamanı həyəcan və maraq göstərməmək ikinci ən ciddi səhvdir. Keçmiş “Amazon” işəgötürmə mütəxəssisi Lindsi Mustain bildirir: “Bir namizədin görüşməyə gətirə biləcəyi ən vacib şey həqiqi maraq və həvəskarlıqdır. Təkəbbürlü və işi haqq etdiyini düşünən namizədlər yaxşı təəssürat yaratmır və işəgötürənlər bunu anlayır”.

Bunun əvəzinə nə etməli?

Görüşmə zamanı müvafiq bədən dili istifadə edin, diqqətli suallar verin və vəzifəyə niyə həvəsli olduğunuzu nümunələrlə açıqlayın. Göz təması qurun və telefonunuzu uzaqda saxlayın. Həm ehtirasınızı, həm də peşəkarlığınızı nümayiş etdirərək, çaşqın və ya həddindən artıq özünə güvənən görünməməyə çalışın.

Təcrübə və bacarıqlar barədə yalan danışmaq

Uğurları şişirtmək, bacarıqları olduğundan artıq göstərmək və ya təcrübələri uydurmaq… Yalanlar gec-tez üzə çıxır. Mustain bildirir ki, namizədlərin həqiqətə uyğun olmayan şeylər söylədiyini hiss etsəm, onların etibarını itirirəm.

Müasir dövrdə referans yoxlamaları, keçmiş iş təcrübələrinin araşdırılması və texniki qiymətləndirmələr adi prosedurlardır, bu səbəbdən həqiqətlər gec-tez ortaya çıxacaq.

Bunun əvəzinə nə etməli?

Bacarıqlarınızı süni şəkildə artırmaq əvəzinə, həqiqi uğurlarınızı vurğulayın. Təcrübəniz tam uyğun gəlməsə belə, bu təcrübələrin sizi vəzifəyə necə hazırladığını izah edin. İşəgötürənlər səmimiyyətə və potensiala yüksək dəyər verirlər.

Peşəkar görünüşə diqqət etməmək

“TopResume”nin araşdırmasına görə, zəif şəxsi baxım və qeyri-peşəkar geyim beşinci və altıncı ən ciddi iş görüşməsi səhvləri sırasındadır. Dış görünüşünüz sizin haqqınızda ilk təəssüratı yaradır. Uyğun olmayan geyim şirkət mədəniyyətinə uyğun gəlmədiyinizi və ya işə ciddi yanaşmadığınızı göstərə bilər.

Bunun əvəzinə nə etməli?

Geyimlə bağlı əmin deyilsinizsə, işəgötürəndən ofisdə adətən necə geyinildiyini soruşmaq tamamilə məqbuldur. Çox gözəçarpan, həddindən artıq dəbli və ya baxımsız geyimlərdən qaçının. Yaddan çıxarmayın ki, görünüşünüz peşəkarlığınızı və işə münasibətinizi əks etdirir.

Olumsuz bədən dili nümayiş etdirmək

Bədən dili çox vaxt dediklərinizdən daha çox məna kəsb edir. İşəgötürənlərə mənfi təsir göstərən bəzi davranışlar:

* Göz təmasından qaçmaq

* Qapalı bədən dili sərgiləmək (əlləri sinədə çarpazlamaq və s.)

* Tez-tez “hmm”, “ııı” kimi doldurucu sözlər işlətmək

* Gərgin və narahat görünmək

Bunun əvəzinə nə etməli?

Təbii göz təması saxlayın, düz oturun və uyğun üz ifadələri istifadə edin. Həddindən artıq hərəkətlərdən (barmaqları masaya vurmaq, saatına baxmaq və s.) çəkinin. İnandırıcı bədən dili üçün güzgü qarşısında məşq edə və ya dostunuzla prova edə bilərsiniz.

Uyğun olmayan suallar vermək və ya ümumiyyətlə sual verməmək

İş görüşməsində verdiyiniz suallar işə həqiqi marağınızı göstərir. Heç sual verməmək sizi laqeyd və ya hazırlıqsız göstərə bilər. Eyni zamanda, yalnız maaş, sosial təminatlar və məzuniyyət günləri barədə sual vermək də səhvdir.

Bunun əvəzinə nə etməli?

Araşdırma etdiyinizi göstərən ağıllı suallar hazırlayın. Şirkətin məqsədləri, komanda strukturu və inkişaf imkanları haqqında suallar verin. İşəgötürənin sizə nə təklif edə biləcəyindən çox, sizin şirkətə necə töhfə verəcəyinizə fokuslanın.

Nəticə

İş görüşməsi zamanı bu yeddi səhvdən qaçınaraq peşəkar, hazırlıqlı və həqiqi maraq göstərən bir namizəd kimi tanına bilərsiniz. Düzgün davranış və yanaşma ilə işə qəbul şansınızı əhəmiyyətli dərəcədə artıra bilərsiniz.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 İyun 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see712

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see463

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see262

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see208

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see206

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see183

Dondurma dadında banan

13 İyul 2026 18:44see183

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see175

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see172

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see168

Bu hissələri heç vaxt saxta almayın Avtomobil sahiblərinə VACİB XƏBƏRDARLIQ

13 İyul 2026 12:44see162

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see162

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see160

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see158

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see155

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see155

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... Prezident

13 İyul 2026 12:52see154

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see154

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see152

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri