Icma.az
close
up
RU
İş saatları dəyişdiriləcək? KONKRET

İş saatları dəyişdiriləcək? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir müddət öncə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramı təsdiqləndi. Proqramda yer alan əsas məsələlərdən biri iş qrafikinin dəyişdirilməsi idi. Qərarda qeyd edilib ki, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili, distant iş rejiminin tətbiqi, həmçinin nəqliyyatda gediş haqlarının günün pik saatlarında baha, digər saatlarda ucuz olması kimi məsələlər diqqət yetirilməli tədbirlərdəndir.

Məsələ ilə əlaqədar mətbuatda yazılar yazıldı, geniş müzakirə olundu. Lakin sərəncamdan iki ay keçməsinə baxmayaraq, hələ də bununla bağlı addımlar atılmayıb.

Maraqlıdır, iş saatları nə vaxt dəyişdiriləcək? Bu istiqamətdə təşəbbüslər varmı?

KONKRET.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Millət vəkili Vüqar Bayramov deyir ki, dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər birmənalı şəkildə reallaşacaq: “Dövlət proqramının təsdiqindən uzun müddət keçməyib. Bu proqramın özəlliyi odur ki, burada hər bir fəaliyyət üzrə zaman müəyyənləşdirilib. Artıq dövlət qurumları proqramda nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq öz işlərini qururlar. Birmənalı şəkildə dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər icra olunacaq”.

Millət vəkili deyir ki, proqram həm nəqliyyat sektorunun inkişafı baxımından mühümdür, həm də bütövlükdə Bakı şəhərində tıxacın və sıxlığın aradan qaldırılmasına təkan verəcək: “Proqram bu ildən icra olunmağa başlanıb, iki aya yaxın vaxt keçib. Bu, uzun müddət deyil. Biz növbəti dövrlərdə bu proqram çərçivəsində kifayət qədər əhəmiyyətli və Bakının nəqliyyat infrastrukturuna təsir göstərəcək qaydaları müşahidə edəcəyik. Biz bütövlükdə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsinin qısa müddətdə şahidi olacağıq”.

Məlumat üçün bildirək ki, proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Müvafiq siyahılar Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənəcək. Proqram Bakı şəhərinin Baş Planına (2020-2040) uyğun olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanıb. Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, iş qrafikinin dəyişməsi kompleks yanaşma tələb edir və bunun üçün vaxt lazımdır: “Bu, bir qərarla qısa müddətdə həll olunası məsələ deyil. İş qrafikinin dəyişdirilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bundan əlavə, bu dəyişiklik işəgötürənlərin rəyi əsasında həyata keçirilə bilər. Kollektivi çox olan iş yerlərində qrafikin dəyişdirilməsi şəhərdə tıxacların azalmasına səbəb ola bilər. 10-15 nəfərin işlədiyi müəssisələrdə bunu tətbiq etmək mümkün olmayacaq”.

Hüquq müdafiəçisi deyir ki, əvvəlcə əsas tıxac yaradan amillər araşdırılmalıdır: “Əsas tıxac yaradan müəssisələr məktəblər, universitetlərdir. Yay aylarında da insanlar işə gedir, amma nəqliyyatda problemlər qış aylarında olduğu kimi deyil. Səbəb təhsil müəssisələrinin tətildə olmasıdır. Qərar qəbul olunur, icraçılar hərtərəfli araşdırma aparıb, monitorinqlər keçirdikdən sonra addım atırlar. Bu məsələnin dərhal həll olunması mümkün deyil. Ola bilər ki, bir müddət sonra bu məsələyə qayıdılacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Mart 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri