Icma.az
close
up
RU
Azərbaycanda iş qrafiki dəyişdiriləcək? MÜHÜM AÇIQLAMA KONKRET

Azərbaycanda iş qrafiki dəyişdiriləcək? MÜHÜM AÇIQLAMA KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə əsasən tənzimlənəcək. Bu məsələdə iş saatları ilə bərabər, istirahət günlərinin dəyişdirilməsi də real hesab edilir.

Bakıda bəzi sahələr üzrə iş qrafikinin dəyişdirilməsi gündəmdədir. Belə ki, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üçün Dövlət Proqramında tıxacların aradan qaldırılması məqsədilə müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bu işlərdən biri də Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə əsasən tənzimlənməsidir. 2025-2026-cı illərdə dövlət və özəl sektorun, eləcə də təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi planlaşdırılır. Qeyd edək ki, bu yanaşma ABŞ, Avropa, Türkiyə və Rusiyada artıq geniş şəkildə tətbiq olunur və Bakıda həyata keçiriləcək dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır.

KONKRET.az Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

“Bu sistem effektli bir mexanizmdir”

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, yeni qərarda iş saatlarının həcmi eyni qalmaqla, yalnız vaxtlarda dəyişiklik ediləcək:

“Gözlənilir ki, işə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq. Bu zaman bütün təşkilatlarda 9:00-18:00 iş rejimi tətbiq edilməyəcək. Müəssisənin, yaxud qurumun fəaliyyət göstərdiyi sektordan asılı olaraq, iş saatı müəyyənləşdiriləcək. Əmək Məcəlləsinə uyğun səkkiz saatlıq iş rejimi tətbiq ediləcək. Yəni yeni qərar iş saatlarının uzadılması və ya qısaldılması mənasında başa düşülməməlidir. Sadəcə, iş saatları dəyişdiriləcək”.

V.Bayramovun sözlərinə görə, fərqli iş saatlarının tətbiq edilməsi bütövlükdə dövlət proqramının istiqamətlərindən biridir:

“Bunun tətbiqi ölkəmiz üçün vacibdir. Avropa ölkələrinə diqqət yetirsək görərik ki, onlarda da dövlət qurumları, özəl sektor, eyni zamanda, xidmət sahələri üzrə fərqli iş saatları tətbiq edilir. Buraya təhsil müəssisələri də daxildir. Azərbaycanda da buna bənzər praktikanın tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu, hər gün qarşılaşdığımız tıxacın, sıxlığın aradan qaldırılması baxımından çox vacibdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda demək olur ki, bu sistem effektli mexanizmdir. Bununla yanaşı, məsələnin həlli üçün digər tədbirlərin görülməsinə də ehtiyac var. Paralel aparıldığı zaman effektivlik qat-qat artacaq”.

“İş yerləri təsnifatlaşdırılmalıdır”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə düşünür ki, iş saatlarının dəyişdirilməsi üçün hərtərəfli monitorinqlər keçirilməli, iş yerləri təsnifatlaşdırılmalı, işçilərin sayca çox olduğu müəssisələr müəyyənləşdirilməli, onlarda iş rejimi müəyyən olunmalıdır:

“Bütün bu proseslərdən sonra işəgötürənlərlə razılaşdırılaraq iş rejimi müəyyən edilə bilər. Bu prosesin bəzi iş yerlərində bir saat tez, bəzisində bir saat gec həyata keçirilməklə tətbiqi mümkündür. Belə olan halda düşünürəm ki, tıxacları tənzimləmək mümkün olacaq”.

S.Məmmədovun fikrincə, digər məsələlər də nəzarətə götürülərsə, nəticə daha ürəkaçan olacaq:

“Bu, kompleks tədbirlər çərçivəsində həyata keçirilməlidir ki, effektli olsun. Əsasən təhsil müəssisələrində mümkün tənzimləmələr olmalıdır. Təhsil müəssisələri ilə bağlı xüsusi konsepsiya var. Hansı ki, bununla bağlı müəyyən işlərin görülməsi nəzərdə tutulub. Amma tıxacı yaradan məktəblərdir. Bəzi məktəblərin qarşısında maşınların saxlanılması və sair kimi məsələlər vəziyyəti daha da çətinləşdirir. O səbəbdən, bu kimi digər məqamlar da nəzarətə götürülməlidir”.

“Bəzi müəssisələr fərqli iş rejimi tətbiq edirlər”

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun sözlərinə görə, qanunda iş saatlarının 9:00-18:00 olması ilə bağlı heç bir tələb mövcud deyil:

“Qanunvericiliyin tələblərinə görə vətəndaş gündəlik səkkiz, həftəlik 40 saatdan çox olmayan iş rejimində çalışmalıdır. Amma bu saatların nə zaman olması bildirilmir. Düzdür, bəzi kiçik müəssisələr var ki, hazırda da fərqli iş rejimini tətbiq edirlər. Lakin onların da sayı çox az olduğundan, bu, pik saatlarda sıxlığın azalmasına təsir etmir”.

N.Xəlilov yeni qaydaların necə tənzimlənəcəyinə də aydınlıq gətirdi:

“Məsələn, bəzi müəssisələrdə iş saatı 10:00-19:00 aralığındadır. Bəziləri 8:00-17:00 olaraq təyin edir. Əgər bu, digər yerlərə də aid edilsə, hər bir müəssisə üçün iş saatı müəəyənləşdiriləcək. Bu halda da işçilərin əmək müqavilələrinə müvafiq dəyişikliklər ediləcək. Bəzi müəssisələrdə, xüsusən də dövlət müəssisələrində iş saatları qrafiklə bölüşdürüləcək. Hər bir sahəyə aid peşələrin işə başlama və bitirmə saatları fərqli olacaq”.

İstirahət günlərini də dəyişmək mümkündür

Ekspertin fikrincə, iş saatları dəyişdiyi zaman həftə sonu istirahət günlərini də dəyişmək mümkün ola bilər:

“Çünki bununla bağlı da qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Bəzi müəssisələr fərqli istirahət günləri müəyyən edə bilər. Bu da şəhərin yükünün azalmasına fayda verəcək. İstirahət günlərinin dəyişməsi insanlar üçün də sərfəlidir. Elə insanlar var ki, həkimə getməli, yaxud hansısa qurumda işlərini həll etməlidirlər. Lakin işdən icazə almaları çətindir. Həftəsonu bir çox müəssisələr çalışmır, banklar işləmir, səhiyyə sahəsində də ixtisaslı həkimlər həmin günlərdə istirahətdə olur, yalnız növbətçi həkimlər fəaliyyət göstərirlər. Belə olan halda şəxs işini həll edə bilmir. Amma bu kimi dəyişikliklər insanlara işdən əlavə digər məsələlərini də həll etmək üçün şərait yaradacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:307
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri