Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək KONKRET

Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Bakıda iş vaxtlarının fərqli saatlarda başlaması üçün konkret addımlar atılacaq. Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur.

KONKRET.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Paytaxtda iş qrafiklərinin mərhələli şəkildə dəyişdirilməsi və işə başlama saatlarının fərqləndirilməsi məsələsi yenidənn gündəmə gəlib. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapan bu məsələ paytaxtda nəqliyyat sıxlığının azaldılması istiqamətində nəzərdən keçirilən mexanizmlərdən biri hesab olunur. Sənədə əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulur. Dominos pizza

Yaxın vaxtlarda konkret addımların atılması gözlənilir

Millət vəkili Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, bu istiqamətdə artıq yaxın vaxtlarda konkret addımların atılması gözlənilir və proses məhz 2026-ci ilin sonuna qədər həyata keçiriləcək:

“Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən, dəyişkən iş rejimi təşkil olunacaq”.

Deputat bildirib ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır:

“Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır”.

V.Bayramov qeyd edib ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Belə ki, nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır.

Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejiminin artıq tətbiq olunduğu və bu modelin konkret nəticələr verdiyi bildirilir. Nəqliyyat üzrə elmi araşdırmalar da göstərir ki, insanların hamısının eyni saatda işə başlaması nəqliyyat sistemində “pik yük” yaradır. İşə başlama vaxtlarının fərqləndirilməsi isə nəqliyyat axınını gün ərzində daha bərabər bölüşdürərək hərəkət sürətini artıra və səfər müddətini azalda bilər.

Cəmiyyətdə bu dəyişikliyin tıxacların azalmasına real təsirinin necə olacağı böyük maraq doğurur. Ekspertlər arasında bu addımın paytaxtdakı xroniki tıxac probleminin həllinə nə dərəcədə təsir göstərə biləcəyi ilə bağlı fərqli yanaşmalar mövcuddur.

İqtisadçı Elşən Bağırzadənin sözlərinə görə, dünya təcrübəsində çox az ölkədə iş saatlarını məhz tıxaca görə tənzimləmək təcrübəsi mövcuddur:

“İş saatları daha çox şəhərin havasına, iqtisadi mühitinə görə tənzimlənir. Məsələn, ərəb ölkələrində hava çox isti olduğu üçün onlarda iş səhər 8:00-da başlayır və günorta 13:00-a kimi davam edir. Bundan sonra işçilər evə gedirlər. Onlar bir də axşamüstü 17:00-da yenidən işə gəlirlər və 20:00-ə qədər işləyirlər. Bizdə bəzi iş yerlərində insanlar 15:00-a qədər işləyirlər, sonra sosial həyatlarının ardınca gedirlər. İş qrafikinin bölünməsi o zaman effekt gətirər ki, bu bölgü düzgün olsun”.

İqtisadçının fikrincə, Bakıda tıxaclara ən çox təsir göstərən orta məktəblərə gedənlərdir:

“Tələbələr daha çox metrodan istifadə edirlər. Amma uşaqları məktəbə adətən taksilərlə, şəxsi maşınlarla aparırlar. Bu da yollarda sıxlığa səbəb olur”.

Ekspertin fikrincə, iş qrafikinin düzgün bölünməsinin tıxaclara tam deyil, yalnız müəyyən təsiri ola bilər:

“Burada ən önəmli məsələ koordinasiyanın pozulmaması – müəssisələrin bir-biri ilə əlaqələrinin qorunub saxlanması vacib amildir. İş qrafikinin bir saat fərqli olması gün ərzində iki saat itkiyə bərabərdir. Bir-birindən asılı olmayan təşkilatlar üçün fərqli iş saatları olmalıdır ki, itki baş verməsin”.

Nəzərdə tutulan 67 tədbirdən biri

Hüquq müdafiəçisi Sahib Məmmədov da iş qrafikinin dəyişdirilməsinin nəqliyyat tıxaclarının aradan qaldırılmasında mühüm rol oynayacağına şübhə ilə yanaşır. Onun sözlərinə görə, Bakı şəhərinin nəqliyyat infrastrukturunun tənzimləməsini nəzərdə tutan Dövlət Proqramında yeni yolların çəkilməsi, körpülərin salınması, keçidlərin qurulması və s. kimi 67 tədbir nəzərdə tutulub. Bunlardan biri də iş qrafiklərinin tənzimlənməsi ilə bağlıdır:

“İş qrafiki, məktəblərdə tənzimləyici tədbirlərin görülməsi əlavə tədbirlər kimi nəzərdə tutulub. Bu, yalnız dövlət sektorunda mümkün ola bilər. Xırda özəl müəssisələrdə – ticarət obyektlərində, kiçik ofislərdə kim qrafikin tənzimlənməsinə nəzarət edəcək? Dövlət sektorunun da hamısında bunu etmək mümkün deyil. Elə iri zavodlar var ki, onlar 24/7 saat növbə rejimində işləyirlər. Orada bu tənzimləmə alınmayacaq”.

S.Məmmədovun sözlərinə görə, bəzi dövlət orqanları var ki, onlarla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib:

“Dövlət Proqramında da nəzərdə tutulan odur ki, dövlət orqanları təkliflər versin. Verilən təkliflərə baxılacaq və ondan sonra qərar veriləcək. Amma açığı, şəxsən mən bu keçidin ciddi fayda verəcəyinə inanmıram. Bu, 67 tədbirin kontekstində, yalnız bir az kömək edə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 İyun 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri