Icma.az
close
up
RU
İsa Məmmədovun “Bakı mənzərələri”

İsa Məmmədovun “Bakı mənzərələri”

Icma.az bildirir, Reyting.az portalına istinadən.


İsa Məmmədov
Bakını məşhur şair və yazıçılar, görkəmli fırça ustaları zaman-zaman vəsf ediblər. Paytaxtımızın gözəlliklərinə aşiq olanlardan biri də Əməkdar rəssam İsa Məmmədov idi. Daha çox mənzərə janrında yaratdığı əsərlərlə həm Azərbaycanda, həm də ölkədən kənarda tanınan İsa Məmmədov Bakının hamının yaxşı tanıdığı küçə və meydanlarını rənglərin dili ilə təsvir etməyi bacarıb. Mərhum fırça ustasının “Bakı mənzərələri” əsl sənət nümunələri kimi qəbul olunur. Rəssamın xatirə sərgisini təşkil edənlər təsadüfi deyil ki, tədbir üçün məhz “Bakı mənzərələri” adını seçmişdilər.

Yeri gəlmişkən, paytaxtın Muzey Mərkəzində keçirilən xatirə sərgisi Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Rəssamlıq Akademiyasının, Rəssamlar İttifaqının, Muzey Mərkəzinin və Qərbi Azərbaycan İcmasının birgə səyi ilə ərsəyə gəlmişdi.
Qərbi Azərbaycan İcmasının tədbirin təşkilatçılarından bir olması heç də təsadüfi deyil, çünki İsa Məmmədov 1956-cı il martın 5-də qədim yurd yerlərimizdən olan nisgilli Zəngəzur mahalının Qafan rayonunda dünyaya gəlib. Bakı təkcə istedadlı rəssamın təhsil aldığı, tanındığı, ailə-uşaq sahibi, dost qazandığı məkan olmayıb, həm də sonsuz bir istəklə sevdiyi şəhər olub. “Bakı bulvarı”, “Bakı. Səadət Sarayı”, “Bakı payızı”, “Bakı. İstiqlaliyyət küçəsi”, “Bakı gecələri”, “Bakı küçələri”, “Bakı. Kamera və orqan musiqisi zalı”, “Bakı. Qış parkı”... kimi əsərlərini Əməkdar rəssam İsa Məmmədov məhz belə sevgi ilə yaradıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor, Xalq rəssamı Natiq Əliyevin fikrincə, əsərlərində həyatın zəngin boyalarının fırçaya alınması, təbiətlə insanın vəhdətinin gerçəkləşdirilməsi İsa Məmmədovun sənətkar “mən”inin ifadəsidir. Mərhum fırça ustasının yaradıcılığını səciyyələndirən ifadə tərzi onun imressionistlərin yaradıcılıq üslubu ilə yaxınlığını və oxşarlığını yaradır.
Xalq rəssamı Arif Hüseynov yaradıcılığına və şəxsiyyətinə yaxından bələd olan İsa Məmmədovun sənətini belə xarakterizə edir: “Düşünürəm ki, İsa Məmmədovun yaradıcılığını digər rəssamlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən ən birincisi, onun Bakı ilə bağlı mövzulara diqqət ayırması idi. O, şəhərimizə adi insanların görmədiyi baxış bucağından baxa bilirdi. Bakı şəhərini ilin müxtəlif çağları, günün müxtəlif vaxtlarında təsvir etdiyi “Vağzalyanı meydan”, “Bizim küçə”, “Fəvvarələr meydanı”, “Bakı Milli Parkı” və s. belə mənzərə əsərləri buna sübutdur”.
İstedadlı rəssamın yaxın dostu, Əməkdar jurnalist, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü Etibar Babayevin sözlərinə görə, İsa Məmmədov son vaxtlar fərqli Bakı görüntülərini təsvir etməyə meyl göstərib: “Hər kəsin tanıdığı məkanların onun yaradıcılıq süzgəcindən süzülüb gələn bədii təsviri xoş təsir bağışlayırdı”.

Sənət və sənətkar sərrafı Etibar Babayevin yaxından köməyi ilə həm Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, həm də Mədəniyyət Nazirliyinin rəhbərliyi rəssamın “Bakı mənzərələri” layihəsinə diqqətlə yanaşırlar. İsa Məmmədov məhz bu xoş münasibətdən və diqqətdən ruhlanaraq layihə üçün yeni əsərlər yaratmaq barədə düşünür. Lakin bu il iyunun 23-də qəfil ölüm istedadlı rəssamın bütün arzularını yarımçıq qoyur. “Bakı mənzərələri” layihəsinin sərgisini görmək, bu sevinci duymaq ona nəsib olmur.
Etibar Babayev dost itkisini belə təsvir edir:
“İsa kimsəni xəbərdar etmədən bir göz qırpımında öz yuvasından bir quş tək uçub getdi. Nə yaxşı ki, onun ailə ocağını sönməyə qoymayan fədakar xanımı, ləyaqətli övladları, gözünün işığını, ürəyinin atəşini əbədi yaşadacaq çox qiymətli sənət əsərləri var”.
Yaxın dostları deyir ki, rəssamın ən böyük arzularından biri dünyaya göz açdığı Qafanda fərdi sərgisinin keçirilməsi idi. İstedadlı fırça ustası İsa Məmmədovun doğmaları, yaxınları, sənət dostları inanır ki, Qərbi Azərbaycana qayıdışdan sonra rəssamın əsərləri orda fəxrlə sərgilənəcək.
Xatırladaq Əməkdar rəssam, Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” kafedrasının professoru, YUNESCO nəzdindəki rəssamlar birliyinin üzvü İsa Məmmədovun yaratdığı rəsm əsərləri Türkiyədə, ABŞ-da, Fransada, İtaliyada və başqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Etibar CƏBRAYILOĞLU
Reyting.az

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri