Icma.az
close
up
RU
İsa Qəmbər: Faciəyə görə Rusiyanın məsuliyyət daşıdığı birmənalı şəkildə aydındır

İsa Qəmbər: Faciəyə görə Rusiyanın məsuliyyət daşıdığı birmənalı şəkildə aydındır

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Təyyarə qəzasına görə Rusiya birbaşa məsuliyyət daşıyır".

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsinə bildirib.

"Artıq aydındır, təsdiq olunur ki, AZAL-ın təyyarəsi Rusiya HHM sisteminin açdığı atəş nəticəsində zədələnib. İdarəetmə sıradan çıxıb, təyyarə qəzaya uğrayıb və onlarla insan, o cümlədən Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Qırğızıstanın vətəndaşları cinayət nəticəsində həlak olub. Rusiya HHM sisteminin açdığı atəş nəticəsində bu hadisənin baş verməsi ilə yanaşı bir sıra məqamlar var ki, onlar da kifayət qədər aydındır. Azərbaycan höküməti rəsmən Rusiyaya qarşı ciddi addımlar atmalı və Rusiyanın bu cinayətkar addımlarının qarşısının alınmasına, Rusiyanın rəsmən üzr istəməsinə və təzminat ödəməsinə nail olmalıdır. Əvvəla, Rusiya niyə müharibə zonasında hava məkanından istifadə edir? İkincisi, nəyə görə Qroznı ətrafında hava döyüşlərinin getməsi barədə ora yaxınlaşan təyyarələrə məlumat verilmir? Daha sonra təyyarə nəyə görə atəş nəticəsində zədələnəndən sonra Qroznı hava alanına ən yaxın hava alanına enməsinə razılıq verilmir? Bütün bunlar aydın şəkildə hadisənin Rusiyanın Ukraynaya qarşı başladığı cinayətkar savaşın nəticəsi olub. Tamamilə aydındır. Burada mübahisəlik, diskusiyalıq məqam yoxdur. Sadəcə, daha dəhşətli mövzu var ki, bir sıra ekspertlərin fikrinə görə, Rusiyanın idarəetmə sistemləri qəsdən AZAL-ın təyyarəsini Xəzər dənizi istiqamətinə Qazaxıstan ərazisinə yönəldiblər və hesab edirlər ki, təyyarə dənizə düşərsə o zaman bu cinayətin izlərini gizlədə bilərlər. Bu çox ciddi ehtimaldır. Bu da ciddi şəkildə araşdırılmalıdır. Amma bütövlükdə bu böyük faciəyəyə görə, Rusiyanın məsuliyyət daşıdığı birmənalı şəkildə aydındır. Biz hesab edirik ki, Azərbaycan höküməti rəsmən Rusiyaya qarşı ciddi addımlar atmalı və Rusiyanın bu cinayətkar addımlarının qarşısının alınmasına, Rusiyanın rəsmən üzr istəməsinə və təzminat ödəməsinə nail olmalıdır", - İ.Qəmbər bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Dekabr 2024 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see153

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see141

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see137

Almaxanım ana oldu

04 İyul 2025 15:22see129

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see127

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see126

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see125

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see125

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see124

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see123

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see121

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see121

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see120

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see119

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see118

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see117

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see116

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see116

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see115

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri