Icma.az
close
up
RU
Futbolda GPS sisteminin istifadəsi

Futbolda GPS sisteminin istifadəsi

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

Futbol dəyişir. 10, 20 və ya hətta 30 il əvvəl oynanılan oyun artıq indiki kimi deyil. Futbol gələcəkdə də inkişaf etməyə və dəyişməyə davam edəcək. Oyunun özü əlbəttə ki, eynidir. Hələ də qollar, top və meydanda 22 oyunçu var. Qaydaların bir neçə dəyişiklikdən başqa bu sahədə çox az dəyişiklik baş verib. Buna baxmayaraq, bu gün futbolçunun fiziki tələbləri bir neçə il əvvəlkindən tamamilə fərqlidir, futbol daha dinamik hala gəlib və illər ərzində fərdi hərəkət qabiliyyətlərinin inkişafında prioritetlər tədricən dəyişmişdir.

1980-ci illərdə futbol tamamilə dözümlülük idmanı kimi qəbul edilirdi. İki hərəkət qabiliyyəti, güc və sürət, demək olar ki, nəzərə alınmırdı. Çoxları hələ də sahədə və ya atletika zolağında qaçılan sonsuz məsafələri və kilometrələri xatırlayır. O vaxtlar sürətin tamamilə genetik məsələ olduğuna inanılırdı və buna görə də məşq edilə bilməzdi. Ya çoxlu sürətli əzələ liflərinə malik sprint növü idiniz, ya da əsasən yavaş liflərə malik dözümlülük növü. Məşqin bu genetik vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirə bilməyəcəyi düşünülürdü. Koordinasiya və çeviklik o dövrdə əhəmiyyətsiz sayılır və məşqçilərin diqqətindən kənarda qalırdı.

20-ci əsrin 90-cı illərində futbolda ilk “şərti inqilab” baş verdi. Əsas diqqət dözümlülük mövzusundan sürət mövzusuna keçdi. Bu tendensiyanın başlanğıc nöqtəsi Luis van Qaalın rəhbərliyi altında olan Amsterdamın “Ayaks” komandası idi. Van Qaal məşqçilərinə ayrı-ayrı dözümlülük qaçışları etməyi qadağan etdi. Beləliklə, dözümlülük qabiliyyəti yalnız oyun formaları ilə spesifik şəkildə məşq olunurdu. Futbol məşqinə əlavə olaraq sürət məşqlərinin bütün komponentləri (qaçış texnikası, hərəkət tezliyi və s.) tədricən inteqrasiya edildi. Bu tədbirlər sayəsində Ajax növbəti 5 il ərzində Avropanın ən yüksək səviyyəli futbolunun ölçü vahidinə çevrildi. Dünyanın müxtəlif yerlərindən çoxsaylı məşqçilər bu konsepti təkrarlamaq üçün Amsterdamda təcrübə keçdilər.

2004-cü ildə ikinci “şərti inqilab” baş verdi. Bu dəfə başlanğıc amil Yürgen Klinsmann idi. O, 2004-cü ildə Almaniya milli komandasının başına keçdi və eyni zamanda ABŞ-dan funksional güc məşqi sahəsində geniş təcrübəyə malik mütəxəssislərdən ibarət böyük bir heyəti Almaniyaya gətirdi. ABŞ-da artıq o vaxt idmançıların fiziki inkişafı əsas rol oynayırdı. Mark Verstegen və Şad Forsayt rəhbərliyi altında funksional güc məşqi konsepti Avropaya gəldi.

2010-cu ildən etibarən mobillik və çeviklik mövzuları əlavə olundu. Futbol tədricən daha atletik xarakter aldı. Oyunçuların atletik inkişafına və məşqin funksionallığına getdikcə daha çox önəm verildi və bu tendensiya bu günə qədər davam edir. Eyni zamanda, bu gün yüklənmənin periodizasiyasının optimallaşdırılması ilə bağlı problemlər mövcuddur. Məşqçi və kondisioner mütəxəssislər performans üçün vacib olan bütün komponentləri məşq etdirmək və onları təkmilləşdirmək istəyirlər. Məşq prosesinin fərdi hissələrə bölünməsi, hazırda əsas diqqətin güc və sürət məşqinə yönəlməsi, oyun məşqinə ayrılan vaxtı təsir edir. Bu səbəbdən məşqin məqsədyönlülüyü və funksionallığı anlayışı getdikcə daha böyük əhəmiyyət kəsb edir və bu sahədə keyfiyyətli və peşəkar iş GPS sistemi ilə əhəmiyyətli dərəcədə kömək edə bilər.

GPS müasir futbolun texnoloji nailiyyətlərindən biridir və fiziki, atletik hazırlığın yaxşılaşdırılmasına böyük dərəcədə töhfə verir. Çoxsaylı klublar və komandalar imkanları daxilində onları həm bütün komanda səviyyəsində, həm də fərdi oyunçular üçün məşq yükünün keyfiyyətinin artırılması məqsədilə istifadə etməyə başlayırlar. GPS sistemlərini buna görə effektiv vasitə kimi qəbul edirik, hansılar ki, yüklənməni daha yaxşı təşkil etməyə, planlaşdırmağa və bölməyə kömək edə bilər. GPS sistemləri məşqçilər və oyunçular üçün müxtəlif yarışların getdikcə genişlənən spektrində ayrılmaz və təbii köməkçi vasitəyə çevrilir. Lakin sual yaranır ki, bu sistemlər düzgün istifadə olunurmu və ümumiyyətlə, öz komandasının oyunçularının inkişafı üçün onların istifadəsinə dair ümumi qəbul edilmiş təlimat mövcuddurmu? Bu məqalə ilə biz məşq prosesində GPS-in tətbiqi ilə bağlı bəzi məsələləri təqdim etməyə və əsasən öz təcrübəmizə əsaslanaraq, bu müasir vasitə ilə iş zamanı bəzi əsas metodları və tövsiyələri göstərməyə çalışırıq.

GPS məlumatları əsasında məşq yükünün dövrləşdirilməsi

Əsas GPS Parametrləri və Onların İzahı

1. Total Distance (TD) – Ümumi məsafə

Ölçü vahidi: metr (m), kilometr (km)

Oyunçunun ümumi hərəkət həcmini (gəzinti, qaçış) göstərir. Həftəlik yükün təqibində faydalıdır. Əgər yük birdən-birə çox artarsa, zədə riski artır. Məsələn, həftəlik iş yükündə 15% artım zədə riskini 50% artıra bilər.

Orta hesabla peşəkar oyunçu bir oyunda 9–11 km məsafə qət edir.

2. Meter per Minute – Dəqiqədə qət olunan məsafə

Ölçü vahidi: m/dəq

Oyun və ya məşq zamanı intensivliyi göstərir. Oyunçular orta hesabla 110–120 m/dəq göstəricisinə çatırlar. 130 m/dəq-dən yuxarı rəqəmlər yüksək səviyyə sayılır.

Futbol oyununda yük-bərpa nisbəti təxminən 1:10-dur – 4 saniyə intensiv hərəkət, ardından 40 saniyə bərpa (yavaş temp). Amma bəzi oyun epizodlarında bu nisbət 1:3, hətta 1:2-yə düşə bilər. Bu zaman oyunçu daha çox məsafə qət edir və fiziki cəhətdən daha dayanıqlı olmalıdır.

3. Max Speed – Maksimal sürət

Ölçü vahidi: m/s və ya km/saat

Catapult sistemi oyunçunun ən yüksək sürətini (ən azı 0.5 saniyə davam edən) ölçür. 8.5 m/s (30.6 km/saat) peşəkar futbol üçün yüksək sürətdir. Arjen Robben 9.5 m/s (34.2 km/saat), Usain Bolt isə 11 m/s (39.6 km/saat) səviyyələrinə çatıb.

4. “Max Acceleration” – Maksimal sürətlənmə

Ölçü vahidi: m/s²

Oyunçunun 1 saniyəlik müddətdə sürətlənməsinin neçə dəfə 3 m/s² hüdudunu keçdiyini göstərir. Müxtəlif sistemlər fərqli hədlər təyin edə bilər (məsələn, 2 m/s²), bu da rəqəmləri dəyişir.

5. “Max Deceleration” – Maksimal yavaşlama

Ölçü vahidi: m/s²

Oyunçunun 1 saniyə ərzində 3 m/s² və ya daha çox sürətlə dayanmasını ölçür.

6. Sprint Count – Sprint sayı

Ölçü vahidi: hərəkət sayı

Oyunçunun 7 m/s (25.2 km/saat) və ya daha yüksək sürətlə 2 saniyə və ya daha çox hərəkət etdiyi halların sayı.

7. HSR – Yüksək Sürətli Qaçış

Ölçü vahidi: metr

Qaçış sürəti 19.8–25.1 km/saat aralığında olan məsafə. Bu zonadakı fəaliyyətlər oyunun yalnız 10–15%-ni təşkil edir, amma əksər qollar və həlledici anlar bu epizodlarda baş verir. Tədqiqatlar göstərir ki, bu tip hərəkətlərin həcmi artmaqdadır – bu səbəbdən HSR və sprintlərin planlaşdırılması çox vacibdir.

HR Load – Nəbz Yükü

Bu göstərici oyunçunun hər bir ürək döyüntüsü zonasında keçirdiyi vaxt əsasında hesablanır. Daha yüksək zonalara daha çox çəki verilir:

Nəbz Zonasının Faizi Koefisiyent

0–75 % 1.0

75–85 % 2.2

85–96 % 4.5

96–100 % 9.0

Qırmızı Zonada Keçən Vaxt (%)

Bu göstərici oyunçunun maksimum nəbz zonasında (85% və yuxarı) keçirdiyi vaxtın faizi ilə göstərilir.

Futbol Hərəkət Profil (FMP) nədir?

“Catapult” tərəfindən yaradılmış FMP (Football Movement Profile) sistemi oyunçunun hərəkətlərini müxtəlif istiqamətli (dinamik) və sabit kateqoriyalara ayırır. Bu da futbolçunun hansı tip mexaniki yüklənməyə məruz qaldığını dəqiq təhlil etməyə imkan verir.

“Catapult” Metrikası əsasında Həftəlik Mikrosikldə Yüklənmə Periodizasiyası

1. Bərpaedici həftəlik mikrosikl

Oyunçular müəyyən müddətdən sonra yorğun olurlar və bu mikrosikldə məşq yükünü azaltmaq lazımdır. Lakin bu azalmaya baxmayaraq məşqlər davam etməlidir.

2. Sabit (saxlayıcı) həftəlik mikrosikl

Bu mərhələdə yüklənmə səviyyəsi oyundakı performansın 1.5–2 qatına bərabər tutulur. Məqsəd mövcud fiziki səviyyəni qorumaq və saxlamaqdır.

3. İnkişaf etdirici həftəlik mikrosikl (oyunçunun orqanizminin yüklənməsi)

Bu mikrosikldə məşq yükü adi haldan daha çox olur – bütün və ya bəzi parametrlərdə yüklənmə oyundakı göstəricilərin 2–3 qatına qədər artırılır. Məqsəd fiziki inkişafı sürətləndirməkdir.

Natiq Məmmədov (UEFA B lisenziyalı məşqçi)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 05 İyul 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uitkoff və Kuşner İranla danışıqlar fonunda ABŞ nin nüvə laboratoriyasına səfər ediblər

06 İyun 2026 02:36see871

Bu məktəblərə müəllim qəbulu elan edildi SİYAHI

06 İyun 2026 00:36see634

Lənkəranlı gənclər Slovakiyaya təhsil turuna yola salınıb

06 İyun 2026 13:20see213

Kilosu 10 manata olan kartof Batat hansı xəstəliklərdə faydalıdır?

06 İyun 2026 03:04see208

Bill Qeyts: Gələcəkdə iş həftəsi 2 günə qədər qısalacaq

06 İyun 2026 03:18see193

Evdə pişik və ya itlə yatanların diqqətinə!

05 İyun 2026 23:36see182

50 il sonra vəzifəsindən gedən alim kimdir

06 İyun 2026 05:30see177

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

06 İyun 2026 03:17see177

Tomas Frank bu yay işə qayıdıb qayıtmayacağını açıqlayıb

06 İyun 2026 06:06see176

Tramp: ABŞ administrasiyasının bütün əsas fiqurları Ukrayna məsələsində iştirak edəcək

06 İyun 2026 02:49see176

Distant işin psixi sağlamlığa mənfi təsiri açıqlandı

06 İyun 2026 08:34see176

Güzgü tarixi 06.06.2026: bu gün nə etməməlisiniz

06 İyun 2026 09:09see175

Bu resepti bilənlər artıq dondurma almır

06 İyun 2026 04:04see173

Skaloni: “Messi ilə məsləhətləşmədən heç bir qərar qəbul etmirəm”

06 İyun 2026 01:15see173

Kinomuzun öz dili yoxdur

06 İyun 2026 09:20see173

NATO nun beş ölkəsi Latviyada HHM təlimləri keçirib

06 İyun 2026 21:29see166

Nişanından bir ay keçməmiş həbs olundu

06 İyun 2026 21:50see164

Kəpəz futbolçu seçimi etdi FOTOLAR

06 İyun 2026 21:00see163

Hacı Nuran: Bu il maşınını nümayiş etdirmək istəyən hər kəs festivala qoşulub

06 İyun 2026 18:12see162

Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil

06 İyun 2026 02:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri