Ərdoğan: Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
"Azərbaycan və Rusiya problemin öhdəsindən gələcək anlayış səviyyəsinə malik ölkələrdir".
Adalet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Hər iki dost ölkə problemin öhdəsindən gələcək anlayış səviyyəsinə malikdir. Prezident İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O bu məsələnin ardınca getməyin və bunun qızışdırılmasının tərəfdarı deyil", - Türkiyə lideri əlavə edib.
Türkiyə Prezidenti baş verənləri yaxından izlədiklərini və hər iki ölkəni mülayim olmağa çağırdıqlarını da əlavə edib:
"Diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanırıq. Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 05 İyul 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















