İtaliyalı məşqçilər “Turan Tovuz”da
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
“Turan Tovuz”un əsas komandasında üç yeni təyinat baş tutub.
İdmanxeber.az xəbər verir ki, qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenzo Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.
Aleksandr Kornilov vətənində “Spartak Semey”, “Altay”, “Kayrat” və “Yelimay” komandalarında çalışıb.
Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser İtaliyada “Salernitana”, “Belluno”, “Novara”, Maltada “Valetta” və “Birkirkara”, Tunisdə “Sfaksien”, Qətərdə “Əl-Qarafa”, İranda “Nassaci”, “Traktor” və “Fulad” komandalarında işləyib.
Son olaraq Maltanın “Hamrun” klubunda bu vəzifəni icra edən Vinçenzo Çestaro daha əvvəllər Maltada “Valetta”, Çexiyada “Viktoriya”, İtaliyada “Çavese”, “Focca”, “Avellino” və “Noçerina” kimi klublarda çalışıb.
Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Baxış sayı:109
Bu xəbər 05 İyul 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















