İsa Rüstəmov “Kakhi Cup 2024”ün qalibi olub FOTO İdman və Biz
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan ağırlıqqaldıran İsa Rüstəmov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə “Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi olub.
İdman.biz xəbər verir ki, təmsilçimiz birdən qaldırma hərəkətində 148 kq, təkanla qaldırma hərəkətində 181 kq ağırlığı başı üzərinə qaldırıb.
Rüstəmov toplam çəkidə 329 kq (148+181) nəticə ilə yarışı birinci pillədə başa vurub.
O, uğurlu çıxışı ilə bağlı AAF-ın rəsmi saytına bildirib ki, məqsədi ili qızıl medalla başa vurmaq olub: “Dünya çempionatından yeni qayıtmışıq. İstirahət üçün ümumiyyətlə vaxtımız olmadı. Federasiya rəhbərliyi bu yarışda iştirakıma hər cür şərait yaratdı. Bütün yanaşmaları uğurla icra edərək, ili qızıl medalla başa vurdum. Bir neçə gün əvvəl baş vermiş ağır təyyarə qəzası hamımızı sarsıtdı. Qələbəmi qəhrəman təyyarə ekipajına və qəzada həlak olmuş sərnişinlərin əziz xatirəsinə həsr edirəm”.
Qeyd edək ki, “Kakhi Cup 2024” beynəlxalq turniri çərçivəsində qonşu ölkəyə səfər etmiş Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti, 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə AAF adından xatirə hədiyyəsini təqdim edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















