Icma.az
close
up
RU
Qubada “İdman festivalı 2024”ün rəsmi açılış mərasimi keçirilib

Qubada “İdman festivalı 2024”ün rəsmi açılış mərasimi keçirilib

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qubada keçirilən “İdman festivalı 2024”ün rəsmi açılış mərasimi olub.

"Report"un Şimal bürosunun məlumatına görə, tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman naziri Fərid Qayıbov, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Festivalda əvvəlcə ağırlıqqaldırma, atıcılıq, basketbol, futbol, atletika, boks, cüdo, voleybol, idman dırmanması, badminton, oxatma, qılıncoynatma, triatlon, taekvondo, velosiped, kanoe və avarçəkmə, qış idman növləri, həndbol, gimnastika, güləş tennis, reqbi, stolüstü tennis və digər idman növlərinin nümunəvi çıxışları izlənilib.

Festivalda 23 idman növü üzrə 100 idmançı (13-15 yaşlı), 34 məşqçi iştirak edir. İdman tədbirinə Azərbaycanla yanaşı, Türkiyə və Mərakeşdən də idmançılar qatılıblar.

Tədbirdə ilk olaraq çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan idmanının inkişaf etdirilməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin “Respublikamızda bədən tərbiyəsi və idman geniş yayılmalıdır” ideyasının hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilməsindən, ölkə rəhbərinin apardığı uğurlu idman siyasətinin nəticəsi olaraq bu gün doğma Azərbaycanımızın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsindən, idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks tədbirlərin həyata keçirilməsindən, gənclərin vətənpərvər, sağlam ruhda böyümələri, idmanla məşğul olmalarının önəmindən danışmışdır.

Daha sonra Gənclər və İdman naziri Fərid Qayıbov çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr kimi idman sahəsinin də inkişaf etməsini, idmançıların yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmasını, onların maddi rifah halının, eləcə də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, müasir standartlara cavab verən idman infrastrukturunun yaradılması nəticəsində ölkəmizin uğurlarının günbəgün artmasını, idmançılarımızın beynəlxalq arenalarda uğurla təmsil olunmalarını diqqətə çəkmişdir.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://report.az
archiveBu xəbər 22 Noyabr 2024 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri