Icma.az
close
up
RU
İşçi çatışmır, maaşlar artmır: Müəssisələr nəyi hesablayır?

İşçi çatışmır, maaşlar artmır: Müəssisələr nəyi hesablayır?

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Əmək bazarında bəzi sahələrdə işçi tapmaq çətinləşsə də, bu vəziyyət hər zaman əməkhaqlarının artması ilə nəticələnmir. Müəssisələr vakansiyaları uzun müddət açıq saxladıqları halda, təklif olunan maaşlar iş axtaranların gözləntilərini qarşılamaya bilər. Digər tərəfdən, işəgötürənlər artan əməkhaqqı xərclərinin biznesin gəlirliliyinə təsirindən də çəkinə bilərlər. İşçi çatışmazlığı ilə maaş artımı arasındakı bu uyğunsuzluğun səbəbləri maraq doğurur.  İşçi çatışmazlığı olan sahələrdə maaşların artmamasının əsas iqtisadi səbəbləri hansılardır?

Banco.az-a açıqlamasında İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov bildirir ki, burada əsas məsələ əmək bazarında işçi çatışmazlığının olması deyil, müəssisələrin həmin çatışmazlığa hansı iqtisadi şəraitdə və necə reaksiya verməsidir.

“İlk növbədə, işçi çatışmazlığı avtomatik olaraq əməkhaqlarının artmasına səbəb olmur. Çünki maaşların müəyyənləşməsinə təkcə tələb və təklif deyil, müəssisənin maliyyə imkanları, məhsuldarlıq səviyyəsi, mənfəət marjası və bazarda qiymətləri artırmaq imkanı da təsir edir. Məsələn, aşağı gəlirliliklə fəaliyyət göstərən müəssisə işçi tapmaqda çətinlik çəksə belə, maaşları artırmaq üçün kifayət qədər maliyyə resursuna malik olmaya bilər.

İkinci mühüm məqam işəgötürənin seçimidir. Bəzi hallarda maaşları artırmaq əvəzinə, mövcud heyətlə işləmək, işçilərin əlavə iş saatlarından istifadə etmək, avtomatlaşdırmaya investisiya qoymaq və ya istehsal həcmini azaltmaq daha sərfəli görünə bilər. Lakin bu yanaşma uzun müddət davam etdikdə mövcud əməkdaşların həddindən artıq yüklənməsi, xidmət keyfiyyətinin aşağı düşməsi və işçilərin işdən ayrılması kimi əlavə xərclər yarada bilər”.

O deyir ki, əməkhaqlarının artırılması həmişə xərc kimi qiymətləndirilməməlidir: “Əgər daha yüksək maaş müəssisəyə uyğun namizədləri cəlb etməyə, işçi dövriyyəsini azaltmağa və məhsuldarlığı yüksəltməyə imkan verirsə, bu qərar uzunmüddətli perspektivdə daha sərfəli ola bilər.

İşçi çatışmazlığı davamlı xarakter aldıqda isə bir neçə nəticə mümkündür: əməkhaqlarına yüksələn təzyiq, məhsul və xidmətlərin istehsal xərclərinin artması, qiymətlərin yüksəlməsi və bəzi hallarda müəssisələrin fəaliyyət həcminin azalması. Bununla belə, avtomatlaşdırma, əmək məhsuldarlığının yüksəldilməsi və işin daha səmərəli təşkili bu təsirləri müəyyən qədər zəiflədə bilər”.

“Əsas sual yalnız “niyə maaşlar artmır?” deyil, həm də “müəssisələr işçi çatışmazlığının real iqtisadi xərcini nə dərəcədə düzgün hesablayırlar?” sualıdır. Çünki bəzən maaşları artırmamaq qısamüddətli qənaət yaratsa da, uzunmüddətli perspektivdə daha böyük itkilərə səbəb ola bilər” – deyə A.Səmədov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://banco.az
archiveBu xəbər 14 Oktyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri