Icma.az
close
up
RU
İşçi çatışmır, maaşlar yüksəkdir: Bu ölkə əcnəbiləri axtarır

İşçi çatışmır, maaşlar yüksəkdir: Bu ölkə əcnəbiləri axtarır

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Əhalisi təxminən 90 min nəfər olan kiçik Avropa dövləti Andorrada işçi qüvvəsi çatışmazlığı yaranıb. Fransa və İspaniya arasında yerləşən ölkə yüksək həyat səviyyəsi, nisbətən aşağı vergiləri və Avropa üzrə orta göstəricidən yüksək əməkhaqları ilə seçilir.
Bizim.Media xəbər verir ki, “Newsweek”in məlumatına görə, 2026-cı ilin mayında Andorrada orta əməkhaqqı 2760 avroya çatıb. Bu, bir il ərzində 7,7 faiz artım deməkdir. Maliyyə sektorunda orta gəlir təxminən 4972 avro, energetika sahəsində 3608 avro təşkil edir.
Mehmanxana-restoran sektorunda orta əməkhaqqı 2152 avroya, kənd təsərrüfatında isə təxminən 2000 avroya çatır.
Ölkədə xüsusilə səhiyyə, təhsil, yaşlı və xəstə insanlara qulluq, məişət xidmətləri və ictimai nəqliyyat sahələrində işçi çatışmazlığı kəskin hiss olunur. Vakansiyaların əhəmiyyətli hissəsi turizmlə də bağlıdır. 2026-cı ildə hakimiyyət mehmanxana və restoranlar üçün əlavə iş icazələri ayırıb. Ən çox tələb olunan mütəxəssislər arasında ofisiantlar, xadimələr və aşpazlar var.
Əcnəbilərin cəlb edilməsi üçün Andorra pilot proqram da başladır. 2026-cı ilin dekabrından 2027-ci ilin avqustunadək 450 iş icazəsinin verilməsi nəzərdə tutulur. Bunun işçi çatışmazlığının aradan qaldırılmasına və ənənəvi turizm mövsümündənkənar dövrdə turizm sektorunun dəstəklənməsinə kömək edəcəyi gözlənilir.
Məlumata görə, xarici işçilər sosial təminatlardan yararlanırlar. Onlar üçün 40 saatlıq iş həftəsi, 30 gün illik məzuniyyət və CASS sistemi vasitəsilə sosial müdafiə nəzərdə tutulub. İşçinin sosial sığorta ödənişi 6,5 faiz təşkil edir. İllik gəliri 24 min avroyadək olan şəxslərdən gəlir vergisi tutulmur, maksimal vergi dərəcəsi isə 10 faizdir.
Bununla yanaşı, Andorra Avropa İttifaqının üzvü deyil. Buna görə də əcnəbilərə işləmək üçün icazə tələb olunur. Avropa İttifaqı vətəndaşları üçün sadələşdirilmiş prosedurlar tətbiq edilir. Fransa, İspaniya və Portuqaliya vətəndaşları isə ikitərəfli sazişlər sayəsində əlavə üstünlüklərdən yararlanırlar. (Hit.az)
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Sentyabr 2026 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri