Icma.az
close
up
RU
İşçiləri müqaviləsiz işlədənlər cərimələndi

İşçiləri müqaviləsiz işlədənlər cərimələndi

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkarlayıb.

Axar.az xəbər verir ki, Xidmət pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti, həmçinin əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Vergi ödəyicilərinin maarifləndirilməsi və məlumatlandırlması istiqamətində görülən tədbirlərə, edilmiş xəbərdarlıqlara baxmayaraq vergi nəzarəti tədbirləri üzrə keçirilən monitorinqlərdə Naxçıvan şəhər ərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus bir sıra obyektlərdə nağd pul hesablaşmaları qaydalarının pozulduğu, POS-terminaldan istifadədən imtina olunduğu, müştərilərə kartdan-karta köçürmələrin təklif edildiyi və işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkarlanıb.

Nəzarət tədbirləri zamanı vergi ödəyicilərinə nəzarət-kassa aparatı çeklərinin təqdim edilməsi zərurəti, nağdsız hesablaşmalardan imtina və ya kartdan-karta köçürülmə hallarının yolverilməzliyi, əmək bazarında münasibətlərin qanunvericilik çərçivəsində qurulması və işəgötürənlərlə işçilər arasında əmək müqaviləsinin bağlanılmasının vacibliyi izah olunub. Qanun pozuntuları aşkarlanmış həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması hallarına və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyası tətbiq olunur. Vergi qanunvericiliyinə görə, əmək müqaviləsi bağlamayan işəgötürənə hər bir şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2 000 manat, ikinci dəfə yol verdikdə 4 000 manat, 3 və daha çox dəfə yol verdikdə isə 6 000 manat maliyyə sanksiyası tətbiq edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri