Icma.az
close
up
RU
İşdə stress və gərginliyə necə qalib gələk?

İşdə stress və gərginliyə necə qalib gələk?

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Bu elmi faktdır ki, uzunmüddətli ofis mühiti və monoton iş rejimi insanları həm fiziki, həm də psixoloji cəhətdən ağır gərginlik və stresə məruz qoyaraq insanın sağlamlığını məhv edir.

Bu barədə sosioloq Elçin Bayramlı Missiya.Az-a danışıb.

"Belə həyat tərzi bir növ insanları zombiləşdirir. Fasiləsiz olaraq eyni yaşam tərzi, oturaq iş mühiti və hər gün eyni iş fəaliyyəti tamamilə qeyri-təbii və qeyri-insani bir vəziyyətdir. Müasir dövrün reallıqları isə belədir ki, artıq daha çox ofis və idarə işləri artıb. Bununla belə fiziki aktivlik kənarda qalır və müxtəlif xəstəliklərlər baş qaldırır".

Sosioloqun sözlərinə görə, yaranan stres və gərginlikdən çıxmağın müxtəlif yolları var. Deyə bilərik ki, idarə və müəsisələrdə iməcliklərin təşkili, fiziki əməklə müəyyən vaxtlarda məşğul olmaq, yaxud məsələn iş mühitində maraqlı fəaliyyətlərin keçirilməsi bu qəbildəndir.  Futbol, tennis oyunlarının iş mühiti daxilində təşkili, yaxud ekskursiyalar ya da intellektual yarışlar misal ola bilər.

"Monotonluq və fiziki qeyri-aktivliyin qarşısını alan belə fəaliyyətlər olduqca əhəmiyyətlidir və xarici ölkələrdə mütləq şəkildə təşkil olunur. Təəsüf ki, Azərbaycanda insanlar bütün həyatlarını işə sərf edirlər, ailələrinə və sosial əlaqələrə vaxt ayırmırlar. Nəticədə real və sosial ünsiyyət burada sıradan çıxır və insanlar arası əlaqə virtuallaşmağa başlayır. Nə ailə, nə dost və yaxud qohumlarla əlaqələr sağlam inkişaf etmir. Müasir standartları olan idarə və şirkətlər qeyd etdiyim nüanslara fikir verməlidir ki, işçilərində fəaliyyəti maraqlı və məhsuldar keçsin. Bunlar kompleks şəkildə əmək şəraitinin normallaşdırılmasıdır". 

Elçin Bayramlı bildirib ki, hətta bir çox ölkələrdə aparılan təcrübələr göstərir ki, həftəlik 4 günlük iş rejiminə keçid və yaxud gündə 6 saatlıq iş mühiti işçilərin məsuldarlıq və məsuliyyətini artırır. Bir çox ölkələrdə müəsisələr artıq bu iş rejiminə keçiblər, belə olduğu vaxtda onların sosial həyata və ailələrinə ayırmağa vaxtları qalır. Ölkəmizdə elə iş yerləri var ki, gündəlik iş 8 saatdan belə çox olur və işçilər 10 yaxud 12 saat işləyirlər. Məsələn, götürək market kassirlərini, səhərdən axşamadək ayaq üstündə fasiləsiz olaraq müştəri qəbul edirlər. Onlar heç zəruri ehtiyaclarını belə qarşılaya bilmirlər. Belə halda heç bir sağlam həyat və sosial ünsiyyətdən söz gedə bilməz. Bu bir növ təzyiq, istismar və qul əməyidir. 

"Qeyd edə bilərik ki, Yaponiyada bunun nə dərəcədə böyük faciə olduğunu anlayan hökümət bu istiqamətdə proqramlar da keçirir ki, insanlar ailələrinə vaxt ayıra bilsinlər. İnsan robot deyil ki, fasiləsiz işləyə və özünü yanlız işə həsr edə bilsin. İş yerlərinin qarşısına elə tələblər qoyulmalıdır ki, iş rejimi, istirahət hüququ, iş şəraiti və aktiv fəaliyyət məsələləri təmin edilsin. Çalışan valideynlər də diqqət yetirməlidirlər ki, öz övladlarına daha çox vaxt ayırsınlar. Belə hallarda ailə böyükləri işdə olurlar, uşaq baxımsız qalır və bütün tərbiyəsi pozulur. Bu istiqamətdə proqramlar tərtib olunmalıdır. Yaxşı olardı ki, bu dövlət tərəfindən tənzimlənsin. Həmçinin iş yerləri də rəhbərlik səviyyəsində belə bir yanaşma ortaya qoymalıdır. Sağlam və monoton olmayan iş mühiti insanların daha effektiv çalışmasına şərait yaradır. Eləcə də, bu fəaliyyət aktivliyinin tətbiqi təkcə iş yerinlərində yox, məktəblərdə də zəruri hal almalıdır. Belə halda uşaqlar da maraqlı hərtərəfli və rəngarəng inkişaf edə bilərlər. Bütün ölkədə bu proqram şəkildə tərtib olunmalıdır ki, sağlam bir cəmiyyət formalaşdıraq. Biz həm fiziki, həm də mənəvi sağlam bir mühit və gələcək yaratmalıyıq".

İlahə Qənbərli
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://missiya.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri