Icma.az
close
up
RU
İşdən qovulan generalla bağlı daha bir ŞOK : Ramiz Mehdiyevlə...

İşdən qovulan generalla bağlı daha bir ŞOK : Ramiz Mehdiyevlə...

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. 

Media  vəzifəsini itirən generalın olduqca qaba adam olduğunu,işçilərlə kobud rəftar etdiyini,hətta küçə söyüşləri səviyyəsində ifadələrə yol verdiyini yazır.

Hurriyyet.Az bildirir ki, Oxu24.com saytı  işdən qovulan  general-mayorla bağlı ilginc məlumatlar əldə edib.Sən demə,İ.Abbasovun da “krişa”lığını Ramiz Mehdiyev edirmiş.Məhz “dayısı”nın  adından pərvazlanan İ.Abbasov bu özbaşnalıqları edirmiş.

Mənbənin  verdiyi  məlumata görə,İlqar Abbasovun Prokurorluq və digər dövlət qurumlarında vəzifədən-vəzifəyə durmadan sıçrayışı xəyanətkar Ramiz Mehdiyevin çətiri altında olduğu üçün baş verirmiş.

Yetərincə dərin savada və biliyə malik olmayan, ilk ali təhsilini fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində - testdən kənar yollarla qəbul olunmaqla alan İlqar Abbasov vəzifə başında özünü  məmura yaraşmayan formada aparırmış.

Tabeçiliyində olan şəxsləri söyüb,təhqir edir,qeyri-etik davranış sərgiləməklə aşağılayırmış.

Mənbə onun hegemonluğunun təkcə kabinetdə yox,kənarda da hökm sürdüyünü deyir.Hətta,işçilərin harada nahar etməsini də İlqar Abbasov təyin edirmiş.Bu fakt onun Prokurorluq orqanlarında çalışdığı vaxt daha çox özünü biruzə veribmiş.

R.Mehdiyevin əlaltısı kimi tanınan İlqar Abbasovun Bakı şəhərində və onun ətraf qəsəblərində çoxlusayda ticarət və iaşə obyektlərinin olduğu bildirilib.

Həmin obyektlərin İlqar Abbasovun qayınatasının  rəhbərliyi  ilə  idarə olunduğu  deyilir.

O,da bildirilir ki,İlqar Abbasov Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində rəis müavini olarkən əməkdaşları özünə məxsus Ayna Sultanova heykəlinin ətrafında yerləşən “Qızılgül” restoranında   nahar etməyə sövq edirmiş...

Onu da qeyd  edək ki,İlqar Abbasov Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Onun Prokurorluqda sonuncu iş yeri Bakı şəhər prokuroru vəzifəsi olub.

Xatırladaq ki,İlqar Abbasov Bakı şəhər prokuroru vəzifəsində olarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin böyük prokuroru Azad Fətullayevi özünə   köməkçi  gətirmişdi.

İlqar Abbasovun  hüquqi savadı yetərincə olmadığ üçün  Azad Fətullayev onun bu və digər  işlərinin icraçısı olub.

Lakin,İlqar Abbasov Bakı şəhər prokuroru olarkən də,tabeçiliyində olan şəxslərlə qeyri-etik münasibət sərgilədiyi üçün A.Fətullayev onunla işləməkdən imtina edibmiş.

Məlumat üçün qeyd edək ki,05 avqust 2014-cü ildə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsi verilib. 28.09.2018-ci il tarixində “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunub.

15 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub və ona general-mayor ali hərbi rütbəsi verilib.

Miri Məcidli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Oktyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri