Icma.az
close
up
RU
İşə düzəltmə, kəsilmiş pensiyanın bərpası adı ilə aldadılanlar...

İşə düzəltmə, kəsilmiş pensiyanın bərpası adı ilə aldadılanlar...

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dələduzluğa məruz qalmış zərərçəkmiş şəxslərin böyük bir hissəsi özünü və yaxud övladını harasa işə düzəltmək istəyən şəxslər olur. Son illərdə əlilliyə görə aldığı pensiyası kəsilən şəxslər və yaxud onların yaxın qohumları da dələduzların hədəfinə çevrilir.

Bizimyol.info xəbər verir ki, Saatlı rayon sakini, 44 günlük Vətən müharibəsinin iştirakçılarından olmuş Ülvi həmyerlilərini həm işə düzəltmək, həm də kəsilmiş pensiyanı bərpa etdirmək adı ilə aldatmaqda ittiham olunur.

35 yaşlı Ülviyə qarşı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onunla bağlı cinayət işində zərərçəkmişlərdən biri iş yoldaşının qohumudur. Şahbaz oğlu Rusifi Saatlı Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə sürücü işinə düzəltmək istəyib. Ülvi də bu məsələdə kömək edə biləcəyini deyib. Onlar görüşüb, bu barədə danışanda Ülvi Rusifi xəstəxanaya sürücü işinə düzəltmək üçün onun atasından 5000 manat istəyib. Razılaşıblar ki, bu məbləğin yarısı – 2500 manatı əvvəldən veriləcək. Qalan 2500 manat isə sonra ödəniləcək.

Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da, verdiyi sözə əməl etməyib – Rusifi işə düzəltməyib. Aldığı puldan da 1500 manat qaytarıb. Barəsində cinayət işi başlanandan sonra vurduğu ziyandan daha 2100 manat ödəyib. Zərərçəkmiş məhkəmədə qalan 1400 manatını da ondan tələb edib.

Digər zərərçəkmiş Fəzail Həsənov isə Ülviyə 1500 manat pul verib. Məqsədi həyat yoldaşı Ədilə Həsənovanın pensiyasının kəsilməsilə bağlı problemi həll etdirmək olub. Onun sözlərinə görə, həyat yoldaşının II qrup əlilliyə görə aldığı pensiya 2-3 ay idi kəsilmişdi. Ülvi ona bu məsələni uzağı bir həftəyə həll edə bilcəyini, Ədilə Həsənovaya yenidən pensiya veriləcəyini söyləyib. Zərərçəkmişin sözlərinə görə, o da verilən vədə inanıb, oğluna 1500 manatı verərək, Ülviyə göndərib: “Dediyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq, Ülvi hər dəfə məni aldadıb, işin həll olunacağı barədə yalan vədlər verirdi. Lakin heç bir iş görmürdü, pulu da geri qaytarmırdı”.

Zərərçəkmiş əlavə edib ki, bu cür davranışlarına görə məcbur olub, Ülvidən polisə şikayət edib.

Təqsirləndirilən şəxs sonradan ona 1500 manatı ödəyib. Zərərçəkmiş də məhkəmədə ondan şikayətçi olmadığını deyib.

Məhkəmə Ülvinin tutduğu əməldən peşmanlığını, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını, onun II Qarabağ müharibəsində iştirakını, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini yüngülləşdirici hallar kimi nəzərə alıb. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Bu müddətdə o, üzərində daim elektron nəzarət vasitəsi (elektron qolbaq) gəzdirməli, yaşadığı evi gecə saat 23:00-dan səhər saat 06:00-a qədər tərk etməməlidir. O, həmçinin yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk edə, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişə bilməz.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Noyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri