PA ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, İsmayıl İsmayılov S. Nasimovdan 3000 manat alaraq onu PA-ya təşkilatçı vəzifəsinə, bacısı Z.Nasimovadan isə 2500 manat alaraq onu bağçalardan birinə müəllim düzəldəcəyini vəd edib.
İsmayıl İsmayılov özünü qurbanlarına iş adamı kimi təqdim edib. Ona inanan vətəndaşlar deyilən məbləği versələr də, nəticə onlar üçün gözlənilməz olub. Zərərçəkənlər anlayıb ki, aldanıblar. Bu baxımdan hüquq-mühafizə orqanlarına müraciət ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin məhkəmə istintaqı Yasamal Rayon Məhkəməsində aparılıb.
Məhkəmə İsmayıl İsmayılovun əməlini 178.1-ci maddəyə tövsif edib və o, bu maddə ilə təqsirli bilinib. Lakin törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib.
Seyid


