Icma.az
close
up
RU
İşəgötürənlərə bir, pasiyentlərə iki ayıb Ölkəni cənginə alan SAXTA CƏRRAHLAR

İşəgötürənlərə bir, pasiyentlərə iki ayıb Ölkəni cənginə alan SAXTA CƏRRAHLAR

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son aylarda yağışdan sonra yaranan göbələklər kimi saxta həkimlər də bir-bir gün üzünə (qara günə) çıxırlar. Birinin diplomu yoxdur, biri lisenziyasızdır, biri ümumiyyətlə sinəsini qabağa çəkib öyünə-öyünə “Avropada oxumuşam, amma diplomumu Azərbaycan tanımır” deyib, zirzəmiyə bənzəyən, avtomobil qarajından seçilməyən obyektlərdə tibbi fəaliyyətlə məşğul olur. Tibbin “t” hərfini belə, bilməyən bu adamların əllərinə skalpel alıb, camaatın qarınını, budunu, bədənini doğrayıb, ömürlük şikəst qoymaları az deyilmiş kimi, hələ “zirzəmi əməliyyatxanası”nda da fəxrlə bədənlərin oynada-oynada videolar çəkirlər. Bu “həkim”lərin vicdanı olmadığı bəlli idi, amma görüntülərlə bir daha aydın olur ki, onların heç tərbiyələri də olmayıb. Narkozda olanlardan xəbərsiz xəstələrin məhrəm yerlərinin bütün ölkə ictimaiyyətinə açıq formada paylaşılması, həmin xəstələrin şərəf və ləyaqətinin alçalmasına, şəxsi toxunulmazlığının pozulmasına yol açır.

Biri çıxıb mətbəxdə əməliyyat edir, biri kollec oxuyub cərrahlıq edir, biri gəlir ki, mən o boyda “Avropada oxumuşam, amma Azərbaycanda nazirlik diplomumu tanımaqdan imtina edir”. Niyə imtina edir? Nazirlik nə vaxtdan bəri bütün qaydalara əməl edərək təhsil alanların diplomundan imtina edib ki? Bəlkə bu “Instagram”da adının qabağına DR yazanlara özəl imtinadır?

Problemin kökü məhz ucuz olsun, gözəl olsun deyib, özünü qəssabların əlinin altına atan pasiyentlərdədir. Özünü bədbəxt, bədənini kəsik-kəsik edib, ölkəyə biabır olan qadınlar bu cür “podval həkim”lərinin cibini doldurur, müdafiə edirlər. İnsanlar hələ də anlamayıblar ki, əməliyyat kimi ağır və geridönülməz proseslərdə 100 ölçüb, 1 biçmək lazımdır. Fəsadlarla nəticələnən əməliyyatların yarıdan çoxunu heç, diplomu olan, illərlə ömürünü-gününü təhsilə sərf edən həkimlər belə, sağalda bilmirlər. Məhv olmuş toxumaları əvvəlki halına qaytarmaq qeyri-mümkünə çevirilir. “Gözəllik pərdəsi” altında qadınlara təqdim olunan fiquralar onların özgüvənlərini yerlə bir etmir, həyatlarını da məhv edir. Təkcə bir ildə neçə-neçə qadın bu cür bədənşəkilləndirmə əməliyyatı sonrası dünyasını dəyişib. Qəssab cərrahların sosial şəbəkələrində, ancaq liposaksiya, bədən şəkilləndirmə əməliyyatlarından paylaşdıqları fotolardan sonra, dermatoloqların həmin vulqar çapıqları güc-bəla ilə qapatmağa çalışmaları da göz önündədir.

Maraqlısı da odur ki, bu klinikalar niyə diplomsuzları işə götürür? Onlara az əmək haqqı versin deyəmi? Yoxsa ucuzların reklamı daha çox olur?

İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsində göstərilir ki, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə olunur.
Həmçinin qanunun 215-ci maddəsinə görə ali və ya orta ixtisas tibb təhsili, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan yaxud qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimələnir.

Qanunlar bütün hallarda saxta həkimlərin əleyhinə çıxır edir. Əməliyyat sonrası bədəni ilə birgə psixoloji vəziyyəti çökənlər də az deyil. İXM-nin 215.5-ci maddəsində də bununla bağlı bildirilir ki, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Avqust 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri