İşğal altındakı İordan çayının qərb sahilində gərginlik 5 fələstinli yaralanıb
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İşğal altındakı İordan çayının qərb sahilində Fələstin torpaqlarını ələ keçirən İsrail hərbçiləri və mülki radikal qrupları şəhər və qəsəbələrdəki basqınları dayandırmayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Bildirilib ki, bu gün bir qrup israilli radikal gənclər Hebron şəhərinin şimalındakı Sair qəsəbəsinin girişində otuz yaşlarında iki əlil bacıya hücum edib: "Onlar bacıları döyərək onlara xəsarət yetiriblər, sonra isə üzlərinə naməlum maye maddə atıblar. Diyna və Dunya Yusuf Ceradat bacılar xəstəxanaya yerləəşdiriliblər. Bununla yanaşı, Sami Muhamire adlı gənc fəal Hebron şəhərinin cənubunda yerləşən Masafir Yatta qəsəbəsində silahlı bir israilli qrupun hücumuna məruaz qalara ağır yaralanıb. Onunla yanaş, daha 3 fələstinli döyülüb."
Tahir Şəlvəli
MİA.AZ

