Icma.az
close
up
RU
Azərbaycan ərazisində qeyri qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır

Azərbaycan ərazisində qeyri qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını qeyd edərək, işğal olunmuş ərazilərdə mədənçiliyin "suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə" səbəb olduğunu sənədləşdirib.
Ermənistan Qafan dağ-mədən kompleksinin fəaliyyəti nəticəsində yaranan, tərkibində ağır metallar olan mədən tullantılarının transsərhəd çaylar olan Oxçuçay və Araz çaylarına axıdılmasına göz yumur. 270 milyon kvadratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır.
Təəssüf ki, ən böyük şirin su ehtiyatlarından biri olan Araz çayının və digər transsərhəd çayların illərdir Ermənistan tərəfindən çirkləndirilməsi baş verir. Bu eko-terroru dayandırmaq lazımdır, çünki region əhalisinin sağlamlığı, ekosistem ciddi zərər görür. Oxçuçay, Həkəri çayı, Bərgüşad çayı kimi transsərhəd çayların Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin zəhərli və radiaktiv tullantılarla çirkləndirilməsi ictimai səhiyyə üçün təhdid olmaqla yanaşı, yoluxucu xəstəliklərin artmasına səbəb olur, biomüxtəlifliyi məhv edir, torpaq örtüyünün aşınmasına gətirib çıxarır. Bununla Ermənistan BMT-in “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi ve istifadəsi üzre Konvensiyanın və Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi üzrə “Espoo” Konvensiyasının tələblərini pozur.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan 30 il ərzində işğala məruz qalmış, işğal dövründə azərbaycanlı mülki vətəndaşlar mina terrorunun qurbanı olmuş, Vətən müharibəsindən sonra belə, 400-dən çox insan mina partlayışının qurbanı olmuşdur. Mina terroru ətraf mühitə və biomüxtəlifliyə də ciddi ziyan vurur. Belə ki, regionda yaşayan nəsli kəsilməkdə olan heyvanlar da minanın yaratdığı fəsadlar nəticəsində məhv olur. Ermənistan isə dəqiq mina xəritələrini təqdim etməməklə, səmimi sülh niyyətini nümayiş etdirmir. Bu davranış müharibənin real nəticələrinin hələ də davam etdiyini və Ermənistanın məsuliyyətdən qaçmaq istədiyini göstərir.
Ermənistan, Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə və 1 milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətində saxlamasına baxmayaraq, üzr istəmək və kompensasiya ödəmək yerinə, əksinə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, xalqımıza qarşı törətdiyi cinayətlərə görə üzr istəyərdi. Əsl sülhə nail olmaq istəyən dövlət, bağışlanma yolu ilə əlaqələri normallaşdırmağa çalışardı.
Suveren Azərbaycan ərazisində qeyri-qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır. İşğala son qoyulandan sonra məlum oldu ki, şəhər və kəndlərdə bütün tikililər, evlər, xəstəxanalar, məscidlər, mədəniyyət abidələri, hətta qəbirlər yerlə-yeksan edilmişdir. Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılmış, bununla da, xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub. Ümumilikdə isə, işğal nəticəsində dəymiş maddi ziyanın həcmi təqribən 200 milyard ABŞ dollarına yaxındır.
Hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranması sadəcə bir seçim deyil, bu onun üzərinə düşən öhdəlikdir. Əgər o, mövcud hüquqi nizamın hər hansı qaydasını pozursa bunun nəticəsində vurduğu zərərin qarşılığını ödəməlidir. Başqa cür desək, beynəlxalq hüquqi nizam dövlətin beynəlxalq öhdəliklərini pozaraq törətdiyi qeyri-qanuni əmələ görə təzminat ödəməlidir.
Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi beynəlxalq hüququn fundamental prinsiplərini pozan və beynəlxalq hüquq tərəfindən qadağan edilmiş təcavüz aktıdır. Bu, Ermənistanın beynəlxalq məsuliyyətini təsdiqləyir, onun beynəlxalq öhdəliklərini pozaraq qeyri-qanuni vəziyyət yaratdığını və bu vəziyyətin doğurduğu nəticələrə görə məsuliyyət daşıdığını göstərir.
Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsidir. Hər iki dövlət arasında sülh və barışıq ilk növbədə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Fevral 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri