Icma.az
close
up
RU
İşğaldan azad edilən ərazilərə Böyük Qayıdış davam edir

İşğaldan azad edilən ərazilərə Böyük Qayıdış davam edir

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 8-də Ağdamdan Xocalının Xanyurdu kəndinə yola salınıb.

Bu mərhələdə Xanyurdu kəndinə 15 ailə - 46 nəfər köçürülür.

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Ağdərə rayonunun Vəngli kəndinə d’ növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 105 nəfərdən ibarət 29 ailə köçürülür.

Köç edən ailələr ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Vəngli kəndinə köçürülən ailələrin sayı 51-ə (158 nəfər) çatacaq.

Sakinlərə mənzillərin açarları təqdim edilib.

Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.Siyasi ekspert Fuad Əliyev deyib ki, 2022-ci ildən uğurla icra edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində əsasən 4 hədəf göstərici qrupu - infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlı inkişafı üzrə işlər davam etdirilir. Azərbaycanın işğaldan azad olunan torpaqlarına “Böyük Qayıdış” prosesi sürətlə və mərhələli şəkildə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu genişmiqyaslı layihə sayəsində minlərlə vətəndaş öz doğma yurduna qovuşur. Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur qurulur, yaşayış məntəqələri bərpa olunur, sosial və iqtisadi həyat canlanır.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə 50 mindən artıq vətəndaş yaşayır və çalışır.

İlin sonuna kimi bu rəqəmin daha da artacağı gözlənilir: “Azərbaycan Ordusu qətiyyətli sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qarabağı düşmən işğalından azad etdi. Qəhrəman şəhidlərimizin qanı, canı, igid qazilərimizin şücaəti ilə qazanılan tarixi Zəfərimiz sayəsində xalqımızın Qarabağ nisgilinə, qaçqın və köçkün soydaşlarımızın yurd həsrətinə son qoyuldu. Vaxtilə dogma yurd-yuvalarından didərgin salınan soydaşlarımız indi evlərinə qayıdırlar, onların yaşamaları, işləmələri üçün hər bir şərait yaradılıb. Qarabağ və Şərqi Zəngəzur Böyük Qayıdış proqramına uyğun olaraq bərpa olunur. Bölgədə quruculuq, yenidənqurma işləri aparılır. Erməni vandalizmi nəticəsində dağıdılmış kəndlərimizin bərpası ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında aparılır. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunan ərazilərdə Böyük Qayıdış istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir. Yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, Azərbaycan sərhədlərinin etibarlı qorunması üçün bütün lazımi işlər görülür”.

F.Əliyev əlavə edib ki, ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda yüksək temp və keyfiyyətlə bərpa işləri həyata keçirilir. Bu isə ilk növbədə güclü düşünülmüş siyasət, daha sonra maliyyə resursları və peşəkar kadr potensialı hesabınadır.

“Cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsində də qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun nümunəvi vahid Baş planı ölkəmizin digər bölgələrinə də tətbiq ediləcək. Bu isə yalnız infrastruktur baxımından deyil, həm idarəetmə, həm də yaşıl enerji layihələrinin bütün ölkəni əhatə etməsi baxımından faydalı olacaq”, - deyə o bildirib.

Yeri gəlmişkən, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, habelə bunun qanuniliyi və zəruriliyi məsələləridə ətraflı izah edilir.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdərə rayonunun Vəngli kəndinə köçürülən 34 ailə arasında keçirilib.

Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır.

İşğaldan azad edilən ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşması və sosial rifahı üçün xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan sakinlər üçün məşğulluq imkanlarının yaradılması görülən işlərin mühüm istiqamətini təşkil edir.

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini mütəmadi genişləndirir:

Köçürülən sakinlərdən artıq 5735 şəxsin məşğulluğu təmin edilib ki, bu da onlardan əmək qabiliyyətli olanların 91 faizi deməkdir.

Eyni zamanda sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 270 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.

Doğma yurdlarına qayıdan vətəndaşlardan 444 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını yaradıb.

Sakinlərdən daha 572 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.

Sakinlər köçürülməzdən əvvəl Dövlət Məşğulluq Agentliyi tərəfindən onlarla məşğulluq imkanlarının qiymətləndirilməsi üçün görüşlər keçirilir. Bu görüşlər zamanı onların bir qisminin məşğulluq imkanlarının artırılması üçün peşə kurslarına cəlb edilmələri məqsədəuyğun hesab edilərək bu yöndə müvafiq işlər aparılır.

Kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşələr üzrə təşkil olunan peşə kurslarını bitirənlərin bu kurslarda yiyələndikləri peşələr üzrə məşğulluğunun təminatına da dəstək göstərilir.

Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatında sakinlərə işəgötürənlərlə birbaşa ünsiyyət imkanı yaradan əmək yarmarkaları da əhəmiyyətli rola malikdir.

Ötən dövrdə Dövlət Məşğulluq Agentlik tərəfindən həmin ərazilərdə 22 əmək yarmarkası, 1 peşə yarmarkası keçirilib.

Doğma yurd yerlərinə qayıdan sakinlərin dayanıqlı məşğulluğunun təmin olunmasına xidmət edən bu proqramların icrası işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Sentyabr 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri