Icma.az
close
up
RU
Azad edilmiş ərazilərə Böyük Qayıdış uğurla davam edir

Azad edilmiş ərazilərə Böyük Qayıdış uğurla davam edir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın əlamətdar günlərdə, bayram ərəfəsində Qarabağa səfər edərək keçmiş məcburi köçkünlər, bu gözəl diyarın əbədi və əzəli sakinləri ilə görüşməsi artıq ənənən halını alıb. Ölkə rəhbərliyi Novruz bayramı günlərində və qarşıdan gələn Ramazan bayramı ərəfəsində də bu ənənəni pozmadı və işğaldan azad edilmiş ərazilərimizə səfər edərək öz doğma yurd-yuvalarına qayıtmış vətəndaşlarımızla görüşərək onların bayramına ikiqat bayram, sevinc qatdı".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərinə münasibət bildirərkən səsləndirib. Dövlət başçısı və xanımının martın 27-də Ağdama səfəri, səfər zamanı Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak etdiyini diqqətə çatdıran Arzuman Muradlı deyib ki, bu hadisənin özü azad edilmiş ərazilərə Böyük Qayıdışın sürətlə həyata keçirildiyini, Qarabağda quruculuq-abadlıq işlərinin plan üzrə həyata keçirildiyini təsdiqləyir:
"Məlum olduğu kimi Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində, 1993-cü il iyulun 23-də işğala məruz qalmışdı. Ermənilər işğal etdikləri hər bir şəhər, rayon, kənd və qəsəbə kimi Ağdama qarşı da vandallıq həyata keçirmişdilər. Sarıcalı kəndi də ermənui vandalları tərəfindən kəndi tamamilə dağıdılmışdı. Kənddə bütün infrastrukturlar, ictimai binalar məhv edilmişdi. 239 ailə məcburi köçkün kimi Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışdı".
İctimai Birlik sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərlə Ağdam şəhəri işğaldan azad edildi və burada geniş quruculuq işlərinə başlanıldı:
"2022-ci il oktyabrın 4-də Cənab Prezident tərəfindən Sarıcalı kəndində quruculuq-abadlıq işlərinin əsası qoyuldu. Göründüyü kimi qısa müddət ərzində digər işğaldan azad edilmiş ərazilərimizdə olduğu kimi Sarıcalı kəndində də keçmiş məcburi köçkünlər üçün ideal şərait yaradılıb, onlar üçün müasir evlər inşa olunub. Bu həm də Ermənistanla Azərbaycanın fərqini göstərən bir müqayisədir. Ermənistan dağıdıcı, vandal olduğu halda, Azərbaycan qurucu, inşa edicidir".
Arzuman Muradlı əminliklə deyib ki, işğaldan azad edilmiş bütün ərazilərimizə tezliklə Böyük Qayıdışın ikinci mərhələsi başlayacaq və Qarabağın əzəli, əbədi sakinləri orada öz rahat həyat şəraitlərini davam etdirəcəklər.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Mart 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri