Icma.az
close
up
RU
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış böyük uğurla davam edir! ŞƏRH EDİLDİ

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış böyük uğurla davam edir! ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir: "Qarabağ və Şərqi Zəngəzurun bərpası və "Böyük Qayıdış" Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər görülür. Bu ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, sosial obyektlərin açılışı və əhalinin doğma torpaqlarına qayıdışı ölkənin daxili resursları hesabına uğurla icra olunur.

Xüsusilə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, eləcə də Zabux, Sus və Ballıca kəndlərinə sakinlərin qayıtması, həmçinin Xankəndinin də sakinlərinə qovuşacaq şəhərlər siyahısına daxil edilməsi Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində təqdim etdiyi innovativ modelləri göstərir.

Bununla yanaşı, Ağdamda "İmarət" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması, Xocalı Soyqırımı Memorialının təməli, Zəfər parkının tikintisi və Xankəndi tikiş fabrikinin istifadəyə verilməsi bu bölgələrin yalnız infrastruktur deyil, həm də tarixi və mədəni irs baxımından bərpasına yönəlmiş addımlardır.

Dövlət büdcəsindən 2020-ci ildən bu günə qədər bərpa və yenidənqurma işlərinə 22 milyard manata yaxın vəsaitin ayrılması, həmçinin Xankəndi, Ağdam, Qubadlı və Zəngilan şəhərlərinin sakinlərinə qovuşmağa hazırlaşması "Böyük Qayıdış" Proqramının sistemli və uğurlu icrasını göstərir. Bütün bu proseslər Azərbaycanın öz gücünə arxalanaraq torpaqlarını yenidən qurduğunu və gələcək nəsillərə daha yaxşı yaşayış şəraiti təqdim etməyi hədəflədiyini sübut edir".

"Bu günlərdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə ilk köç baş tutdu. Bu ailələr Respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 28 ailə - 110 nəfər köçürülür. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" böyük uğurla davam edir!" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri