İşğaldan azad olunan ərazilərdə hazırda tikintisi davam edən yarımstansiyalar açıqlanıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Zəngilan, 7 fevral, AZƏRTAC
Hazırda işğaldan azad edilən ərazilərdə 35 kV-luq yeni güc mərkəzinin tikintisi, Laçında isə müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir.
AZƏRTAC xəbər verir ki bu sözləri “Azərişıq” ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov Zəngilanda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bunlarla yanaşı 110/35/10 kV-luq “Minkənd” yarımstansiyasının inşası, “Ağbulaq SES” və “Minkənd” yarımstansiyası arasında 35 kV-luq iki dövrəli özünüdaşıyan isolyasiyalı naqil (ÖİN) xəttinin çəkilişi yekunlaşmaq üzrədir.
“Xocalıda “Xocalı” yarımstansiyası və idarəetmə mərkəzinin tikintisi, Əsgəranın Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir. Xocavənddə “Zoğalbulaq” yarımstansiyası ilə Hadrut “Qovşaq” yarımstansiyası arasında 35 kV-luq dövrəli ÖİN xətti çəkilir. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Qubadlı rayonunda isə inşa edilən Rəqəmsal İdarəetmə Mərkəzində son tamamlama işləri aparılır”, - deyə Vüsal Qənbərov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 07 Fevral 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















