İşğaldan azad olunmuş ərazilərdə daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.
Laçın şəhəri və Laçının Zabux və Sus kəndləri, Şuşa şəhəri, Xocalı şəhəri və Xocalının Ballıca kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Füzuli və Cəbrayıl şəhərlərində daha 24 sakinə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib. Verilmiş avadanlıqlar hesabına onlar un məmulatlarının istehsalı, qadın gözəllik salonu, kişi bərbərxanası, kiçik dərzi sexi, telefon təmiri, poliqrafiya xidmətləri, səyyar kofe evləri, aqroturizm, broyler inkubatoru, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə kiçik bizneslərini yaradıblar. Aktivlər təqdim edilən sakinlərlə görüş olub, onların yeni qurduqları təsərrüfatlarla bağlı gələcək planlarına dair fikir mübadiləsi aparılıb.
Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 05 İyun 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















