İşğaldan azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili davam etdirilir!
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərpoçt” MMC-yə məxsus “Postcargo” Qarabağ iqtisadi rayonuna beynəlxalq poçt bağlamalarının çatdırılmasına başlayıb.
"Unikal" xəbər verir ki, hazırda Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən şirkət yaxın vaxtlarda əhatə dairəsini genişləndirərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının digər şəhər və yaşayış məntəqələrində də fəaliyyət göstərməyi planlaşdırır.
Qarabağda yaşayan vətəndaşlarımız www.postcargo.az saytı vasitəsilə Türkiyə, ABŞ və Almaniyanın onlayn alış-veriş platformalarından məhsulları sifariş edə bilərlər.
Vətəndaşlardan çatdırılma məntəqələrini seçərkən Xankəndi Poçt Filialı üçün AZ2600, Füzuli şəhəri üzrə isə AZ1900 indeks kodlarını qeyd etmələri xahiş olunur.
Məlumat üçün bildirək ki, şirkət ölkə boyu fəaliyyət göstərən 1000-dən çox poçt şöbəsi ilə vətəndaşlara əlçatandır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 06 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















