Icma.az
close
up
RU
İşğaldan azad olunmuş ərazilərdə elmi tədqiqat işləri davam etdirilir

İşğaldan azad olunmuş ərazilərdə elmi tədqiqat işləri davam etdirilir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 yanvar, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbəri olduğu “Qafqaz Albaniyasının maddi mədəni irsinin arxeoloji tədqiqi” ekspedisiyası Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tovuz, Qax, Göygöl, Şəmkir, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Oğuz, Qəbələ, Şabran, Ağdərə, Tərtər, Bərdə, Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Qubadlı, Zəngilan, Xocalı, Xankəndi, Cəbrayıl və Xocavənd rayonları ərazilərində yerləşən Qafqaz Albaniyasının mülki və dini irsinin tədqiqi istiqamətində arxeoloji kəşfiyyat və çöl-tədqiqatları aparmaqdadır.

Bu barədə AZƏRTAC-a Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, ekspedisiya tərəfindən işğaldan azad olunmuş ərzilərdən Xocavənd, Kəlbəcər və Ağdərə rayonlarında elmi tədqiqat işləri aparılıb. Xocavənd rayonu “Tuğ” Dövlət-Tarix Memarlıq və Təbiət qoruğunda yerləşən alban knyazlarına məxsus saray kompleksində və qoruq ərazisindəki bir, iki, üç nefli alban xristian abidələrində arxeoloji tədqiqat işləri təşkil olunub. Araşdırmalar nəticəsində Tuğ qoruğu ərazisi paleolit dövründən müasir günümüzə qədər özünə məxsus inkişaf yoluna malik olmaqla formalaşan mövcud mədəni təbəqənin qalınlığının 5 metr olduğu müəyyənləşdirilib. Arxeoloji tədqiqatlarla yanaşı Xocavənd rayonu ərazisində yerləşən Çinarlı, Hadrut və Hünərli kilsələrində arxeoloji çöl-kəşfiyyat qazıntıları aparılıb. Elmi tədqiqatlar nəticəsində alban mədəniyyəti üçün xarakterik çoxlu sayda maddi mədəniyyət nümunələri qeydə alınıb.

İşğal dönəmində Alban xristian irsinin saxtalaşdırılması faktlarının araşdırılması istiqamətində Xocavənd rayonu ərazisində yerləşən Amaras, Kəlbəcər, rayonu ərazisində yerləşən Xudavəng və Ağdərə rayonu ərazisində alban katolikoslarının son iqamətgahı olan Gəncəsər monastr kompleksinə baxış keçirilib. Aparılan arxeoloji tədqiqatlar müasir texnologiyanın tətbiqi ilə təşkil edilərək həyata keçirilib. Dron texnologiyasının verdiyi imkanlardan maksimum istifadə edilməklə video və plan foto materiallar əldə edilib. Tarixi dövrləşmənin dəqiqləşdirilməsi istiqamətində antropoloji və bioloji materiallardan radiokarbon analizlərin aparılması istiqamətində nümunələr götürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri