İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən 5300 dək şəxsin məşğulluğu təmin edilib
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.
Həmin sakinlərdən artıq 5300-dək şəxsin məşğulluğu təmin olunub. Onlardan 415 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Doğma yurdlarına qayıtmış vətəndaşlardan 245 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatı da həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 652 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 Avqust 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















