İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4 min 300 şəxsin məşğulluğu təmin edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 15 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin sakinlərdən 4 min 300 şəxsin məşğulluğu təmin olunub. Eyni zamanda, sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. İndiyədək 206 sakin işəgötürənlərlə birgə təşkil edilən peşə hazırlığı kurslarına cəlb olunub.
Doğma yurdlarına qayıdan vətəndaşlardan 284 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək öz kiçik təsərrüfatlarını yaradıb.
Sakinlərdən daha 680 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 15 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















