Icma.az
close
up
RU
İşğaldan azad olunmuş ərazilərə viza ilə gediş gəlişə son qoyulmalıdır

İşğaldan azad olunmuş ərazilərə viza ilə gediş gəlişə son qoyulmalıdır

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

"Onları hakimiyyət və xaricdən gələn tapşırıqların icrası düşündürür"

"Demokratiya şüarları ilə hakimiyyəti dəyişmək olar, amma demokratiya qurmaq olmaz"

"Tramp müharibəni Rusiyanın istədiyi formada sonuclandırmalıdır, çünki..."

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Moderator.az -ın suallarını cavablandırıb. 

- Qüdrət bəy, iqtidar tərəfindən siyasi partiyaların işğaldan azad olunmuş rayonlara səfərləri təşkil olunur, partiya liderləri ilə müxtəlif mövzuda görüşlər keçirilir, amma bəziləri bunu birmənalı qəbul etmir. Sizin fikirlərinizi bilmək maraqlı olardı.

Marginallaşmış, hər şeyə etiraz etməyə vərdiş etmiş, bu cür davranışı həyat tərzinə çevirmiş bir qrup insan və kənardan təlimatladırılanlar bundan narazıdırlar. Onları hakimiyyət və xaricdən gələn tapşırıqların icrası düşündürür. Fikirləşirlər ki, cəmiyyətin parçalanması və qarşıdurma onların işinə yaraya bilər. Amma  cəmiyyətdən onlara dəstək yoxdur. Cəmiyyətin passionar və savadlı hissəsi başa düşür ki, demokratiyanın inkişafı cəmiyyətin inkişaf səviyyəsinə bağlıdır. İnsanları mövcud problemlərə görə etiraz aksiyalarına çıxmadıqları üçün qorxaqlıqda ittiham edənlər düşüncəsiz və ya cəmiyyət üçün ən təhlükəli insanlardır. Əfqanları, yaxud ərəbləri heç kim qorxaqlıqda ittiham edə bilməz, amma İraqı, Əfqanıstanı ABŞ işğal edib, 10 illərlə işğal altında saxlasa da, trilyonlarla vəsait xərcləsə də həmin ölkələrdə demokratiya qura bilmədi. Bu gün Əfqanıstanda televiziyalar radio kimi fəaliyyət göstərir, çünki insanların sifətinin göstərilməsi qadağan olunub. Xalqın da çoxluğu bunu normal qəbul edir. Demokratiya şüarları ilə hakimiyyəti dəyişmək olar, amma demokratiya qurmaq olmaz.

Bu gün Prezidentin köməkçisi Ədalət Vəliyevin və onun rəhbərlik etdiyi şöbənin əməkdaşlarının fəaliyyəti nəticəsində siyasi partiyalar arasında, iqtidarla siyasi pariyalar arasında əməkdaşlıq mühiti yaranıb. Bu cür tədbirlərdə siyasi partiya sədrləri bir-biri ilə görüşür, söhbətləşir, iqtidar nümayəndələrinin diqqətinə müəyyən məsələləri çatdırır, ümummilli məsələlərdə vahid mövqedən çıxış edirlər. Qarabağa səfər hər bir azərbaycanlının arzusudur, partiya sədrlərinin səfəri də onların xahişi ilə baş tutur. Məsələn, üzürlü səbəbdən özüm qatıla bilməsəm də (pariya rəhbərliyindən iki nəfər qatılmışdı) Xankəndinə səfərin təşkil olunmasını xahiş edənlərdən biri də mən idim. Burda pis olan nədir?

Yeri gəlmişkən işğaldan azad olunmuş ərazilərə "viza" ilə gediş-gəlişə son qoyulmalıdır. Havalar qızır, hər kəsə imkan yaradılmalıdır ki, gedib Şuşada, Xankəndində , Kəlbəcərdə, Laçında və s. dincəlsin, oralarda gəzsin.

Eyni zamnada iqtidarı torpaqlarımızın işğalına son qoyulması üçün həyatlarını qurban vermiş şəhidlərimizin ailələrinə azad olunmuş yaşıllıq ərazilərdə fərdi yay evlərinin tikinrtisi üçün 8-10 sot torpaq sahəsi ayırmağa çağırıram.

- Qüdrət bəy, Əvəz Zeynallının azad olunmasını necə qarşıladınız?

Cinayət Məcəlləsinin 78-ci maddəsinə görə ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad oluna bilər. Əvəz Zeynallının səhhətində yaranmış ciddi problemlərə görə belə qərarın qəbul olunması ədalətli və humanist qərardır. Əvvəllər də söyləmişəm, şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla insan hüquqlarını müdafiə təşkilatları tərəfindən həbs olunmasında siyasi motivlərin olduğu iddia olunan digər şəxslərin, xüsusilə qızların azadlığa buraxılmasını ölkəmizin maraqlarına və milli mənəvi dəyərlərimizə uyğun hesab edirəm, həmin qurumların haqlı olub-olmamasından asılı olmayaraq. Çünki onların çoxu uzun müddətdir məhbəs həyatı yaşayır və inanıram ki, azadlığa çıxandan sonra əksəriyyəti fəaliyyətlərində düzəlişlər edəcəklər. Bu, həm də milli birlik və ölkəmizə qarşı xarici təzyiqlərə bəhanə verməmək üçün lazımdır.

- Ukraynada tezliklə atəşkəs barədə razılıq əldə olunacağına dair ümidlər özünü doğruldacaqmı? Ukrayna güzəştə getməsə, atəşkəs alınmasa, Tramp danışıqlardan çıxa bilərmi?

Hamı arzu edir ki, müharibə dayansın. Amma müharibənin nəticələri dünyada yeni müharibələrə yol açmamalıdır. Müharibə münasibətlərin aydınlaşdırılması vasitəsi olmamalıdır. Atəşkəs Putindən asılıdır. O icazə verməsə Tramp danışıqlardan çıxa bilməz. Tramp müharibəni Rusiyanın istədiyi formada sonuclandırmalıdır, çünki Putin onun sağ qalması, ola bilsin həm də seçilməsi üçün dua edib. ABŞ-nin başqa dövlətlərlə, o cümlədən Azərbaycanla əlaqələri və qəbul etdiyi qərarlar da  müəyyən mənada Rusiyadan gələn göstərişlər əsasında olacaq. Mən zamanında iqtidarı bunu nəzərə almağa, eyni zamanda ABŞ-dan kənar durmağa, dost olmağa can atmamağa çağırmışdım. Bu ölkə ilə əməkdaşlıq etmək olar, amma  güvənmək olmaz.

Ukraynanın taleyi isə ABŞ xalqından asılıdır. Xalq Trampa təzyiq etsə və Putin görsə ki, Trampı çox sıxsa onu devirə bilərlər, onda mövqeyini yumşalda bilər. Çünki Tramp Ukraynadan da vacib işlər üçün Putinə lazımdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 Aprel 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri