Icma.az
close
up
RU
İşğaldan azad olunmuş ərazilərə viza ilə gediş gəlişə son qoyulmalıdır

İşğaldan azad olunmuş ərazilərə viza ilə gediş gəlişə son qoyulmalıdır

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Onları hakimiyyət və xaricdən gələn tapşırıqların icrası düşündürür"

"Demokratiya şüarları ilə hakimiyyəti dəyişmək olar, amma demokratiya qurmaq olmaz"

"Tramp müharibəni Rusiyanın istədiyi formada sonuclandırmalıdır, çünki..."

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Moderator.az -ın suallarını cavablandırıb.

- Qüdrət bəy, iqtidar tərəfindən siyasi partiyaların işğaldan azad olunmuş rayonlara səfərləri təşkil olunur, partiya liderləri ilə müxtəlif mövzuda görüşlər keçirilir, amma bəziləri bunu birmənalı qəbul etmir. Sizin fikirlərinizi bilmək maraqlı olardı.

- Marginallaşmış, hər şeyə etiraz etməyə vərdiş etmiş, bu cür davranışı həyat tərzinə çevirmiş bir qrup insan və kənardan təlimatladırılanlar bundan narazıdırlar. Onları hakimiyyət və xaricdən gələn tapşırıqların icrası düşündürür. Fikirləşirlər ki, cəmiyyətin parçalanması və qarşıdurma onların işinə yaraya bilər. Amma cəmiyyətdən onlara dəstək yoxdur. Cəmiyyətin passionar və savadlı hissəsi başa düşür ki, demokratiyanın inkişafı cəmiyyətin inkişaf səviyyəsinə bağlıdır. İnsanları mövcud problemlərə görə etiraz aksiyalarına çıxmadıqları üçün qorxaqlıqda ittiham edənlər düşüncəsiz və ya cəmiyyət üçün ən təhlükəli insanlardır. Əfqanları, yaxud ərəbləri heç kim qorxaqlıqda ittiham edə bilməz, amma İraqı, Əfqanıstanı ABŞ işğal edib, 10 illərlə işğal altında saxlasa da, trilyonlarla vəsait xərcləsə də həmin ölkələrdə demokratiya qura bilmədi. Bu gün Əfqanıstanda televiziyalar radio kimi fəaliyyət göstərir, çünki insanların sifətinin göstərilməsi qadağan olunub. Xalqın da çoxluğu bunu normal qəbul edir. Demokratiya şüarları ilə hakimiyyəti dəyişmək olar, amma demokratiya qurmaq olmaz.

Bu gün Prezidentin köməkçisi Ədalət Vəliyevin və onun rəhbərlik etdiyi şöbənin əməkdaşlarının fəaliyyəti nəticəsində siyasi partiyalar arasında, iqtidarla siyasi pariyalar arasında əməkdaşlıq mühiti yaranıb. Bu cür tədbirlərdə siyasi partiya sədrləri bir-biri ilə görüşür, söhbətləşir, iqtidar nümayəndələrinin diqqətinə müəyyən məsələləri çatdırır, ümummilli məsələlərdə vahid mövqedən çıxış edirlər. Qarabağa səfər hər bir azərbaycanlının arzusudur, partiya sədrlərinin səfəri də onların xahişi ilə baş tutur. Məsələn, üzürlü səbəbdən özüm qatıla bilməsəm də (pariya rəhbərliyindən iki nəfər qatılmışdı) Xankəndinə səfərin təşkil olunmasını xahiş edənlərdən biri də mən idim. Burda pis olan nədir?

Yeri gəlmişkən işğaldan azad olunmuş ərazilərə "viza" ilə gediş-gəlişə son qoyulmalıdır. Havalar qızır, hər kəsə imkan yaradılmalıdır ki, gedib Şuşada, Xankəndində , Kəlbəcərdə, Laçında və s. dincəlsin, oralarda gəzsin.

Eyni zamnada iqtidarı torpaqlarımızın işğalına son qoyulması üçün həyatlarını qurban vermiş şəhidlərimizin ailələrinə azad olunmuş yaşıllıq ərazilərdə fərdi yay evlərinin tikinrtisi üçün 8-10 sot torpaq sahəsi ayırmağa çağırıram.

- Qüdrət bəy, Əvəz Zeynallının azad olunmasını necə qarşıladınız?

- Cinayət Məcəlləsinin 78-ci maddəsinə görə ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad oluna bilər. Əvəz Zeynallının səhhətində yaranmış ciddi problemlərə görə belə qərarın qəbul olunması ədalətli və humanist qərardır. Əvvəllər də söyləmişəm, şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla insan hüquqlarını müdafiə təşkilatları tərəfindən həbs olunmasında siyasi motivlərin olduğu iddia olunan digər şəxslərin, xüsusilə qızların azadlığa buraxılmasını ölkəmizin maraqlarına və milli mənəvi dəyərlərimizə uyğun hesab edirəm, həmin qurumların haqlı olub-olmamasından asılı olmayaraq. Çünki onların çoxu uzun müddətdir məhbəs həyatı yaşayır və inanıram ki, azadlığa çıxandan sonra əksəriyyəti fəaliyyətlərində düzəlişlər edəcəklər. Bu, həm də milli birlik və ölkəmizə qarşı xarici təzyiqlərə bəhanə verməmək üçün lazımdır.

- Ukraynada tezliklə atəşkəs barədə razılıq əldə olunacağına dair ümidlər özünü doğruldacaqmı? Ukrayna güzəştə getməsə, atəşkəs alınmasa, Tramp danışıqlardan çıxa bilərmi?

- Hamı arzu edir ki, müharibə dayansın. Amma müharibənin nəticələri dünyada yeni müharibələrə yol açmamalıdır. Müharibə münasibətlərin aydınlaşdırılması vasitəsi olmamalıdır. Atəşkəs Putindən asılıdır. O icazə verməsə Tramp danışıqlardan çıxa bilməz. Tramp müharibəni Rusiyanın istədiyi formada sonuclandırmalıdır, çünki Putin onun sağ qalması, ola bilsin həm də seçilməsi üçün dua edib. ABŞ-nin başqa dövlətlərlə, o cümlədən Azərbaycanla əlaqələri və qəbul etdiyi qərarlar da müəyyən mənada Rusiyadan gələn göstərişlər əsasında olacaq. Mən zamanında iqtidarı bunu nəzərə almağa, eyni zamanda ABŞ-dan kənar durmağa, dost olmağa can atmamağa çağırmışdım. Bu ölkə ilə əməkdaşlıq etmək olar, amma güvənmək olmaz.

Ukraynanın taleyi isə ABŞ xalqından asılıdır. Xalq Trampa təzyiq etsə və Putin görsə ki, Trampı çox sıxsa onu devirə bilərlər, onda mövqeyini yumşalda bilər. Çünki Tramp Ukraynadan da vacib işlər üçün Putinə lazımdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri