Icma.az
close
up
RU
İŞİD yenidən “xortlayır”: “ABŞ “dərin dövləti”...”

İŞİD yenidən “xortlayır”: “ABŞ “dərin dövləti”...”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilə ardıcıl qanlı hücumlarla başlayan ABŞ-nin Yeni Orlean şəhərində yeni il gecəsi baş verən hadisədə 15 nəfərin həyatını itirməsi və Nyu-Yorkda gecə klubuna silahlı hücum nəticəsində 11 nəfərin yaralanması “ABŞ-nin Suriyadan çıxmamaq üçün İŞİD-i yenidən meydana çıxarır?” sualını gündəmə gətirib.

Hücumlardan sonra hadisələrdə İŞİD-in əli olduğuna dair işarələrin ortaya çıxması iddiaları da səs-küy yaradıb.

Bəzi ekspertlər ABŞ-nin bu hücumları ordunun Suriyada qalmasını təmin etmək və İŞİD-i canlandırmaq üçün planlaşdırmış ola biləcəyinə diqqət çəkiblər.

Həmçinin, hücumların yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq yeni prezident Donald Trampa “Suriyada qal, PKK-nı qoru” mövzusunda təzyiq etmək məqsədilə planlaşdırıldığı da düşünülür.

Maraqlıdır, bu iddialar nə dərəcədə həqiqəti özündə əks etdirir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımlı bildirib ki, “ABŞ Suriyada yaxud Orta Şərqdə qalmaq üçün İŞİD-i yenidən diriltməyə çalışır” iddialarının kifayət qədər əsası var.

Oqtay Qasımlı qeyd edib ki, Amerika terror təhdidinin artması görüntüsünü yaratmaq və bunu İŞİD ilə bağlamaqla özünün Yaxın və Orta Şərqdəki siyasətini davam etdirmək və hərbi qüvvələrini orada saxlamaq niyyəti güdür: 

“Təbii ki, ABŞ-də ardıcıl olaraq baş verən bu hadisələr səbəbsiz deyil. Təsadüfi deyil ki, Suriyada rejim dəyişəndən sonra ABŞ guya Suriya ərazisində İŞİD-in qalıqlarının olduğunu və onlara qarşı tədbirlər həyata keçirdiyini açıqlayıb.

Amerika, ardınca isə onun müttəfiqlərindən Fransa Suriyada əraziləri bombardman etməklə guya İŞİD-ə qarşı mübarizə aparılır görüntüsünü yaratmağa çalışırlar.

Qeyd edim ki, bu iddiaların müəyyən əsası var. Çünki Donald Tramp Suriyada baş verən hadisələri qiymətləndirərkən bildirdi ki, o bizim məsələmiz deyil və biz ora qarışmamalıyıq.

Düzdü, Trampın bu cür bəyanatlarını onun əvvəlki hakimiyyəti dönəmində eşitsək də, amma sonradan siyasətinin fərqli yöndə davam etdiyini müşahidə etmişik. İndi yenə Amerika “dərin dövləti” Trampın bu niyyətlərinin həyata keçməməsi üçün müəyyən addımlar ata bilər”.

Onun sözlərinə görə, Amerika Silahlı Qüvvələrinin mərkəz gücü sayılan qüvvələr komandanlığı məhz Amerika ordusunun Suriyada qalmasını və PKK-ya dəstək verməsini istəyir:

“Keçən dönəmdə də məhz Trampın istədiyini yox, mərkəz komandanlığın istədiyi baş verdi. Bu baxımdan, mümkün variant hesab oluna bilər ki, məhz qəsdən İŞİD-in yenidən xortladılması ilə Amerika hərbi qüvvələrinin Yaxın və Orta Şərqdə qalması niyyəti güdülə bilər”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Yanvar 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri