Icma.az
close
up
RU
İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ötən gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında "Elektroenergetika haqqında" Qanuna dəyişikliklə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov sabit tarif elementinin tətbiq olunmasını təklif edib.

O bildirib ki, sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementi yaratmaqla maliyyə yükünü artırmaq deyil, bu, özlüyündə metodoloji yanaşmalara zidd olar.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ümumilikdə götürdükdə, tarif strukturunun sabit və dəyişən xərclərə münasibətdə bir-birindən ayrılması metodologiyası dünya təcrübəsində özünü doğrultmuş, mütərəqqi və eyni zamanda, ədalətli tarifləndirmə baxımından mühüm təcrübə hesab edilir:

"Hesab edirəm ki, bu təcrübənin Azərbaycanda da düzgün şəkildə və şəffaf formada tətbiqi müsbət nəticələr doğura bilər. Burada əsas məsələ dövlət müəssisələri kimi ictimaiyyət qarşısında hesabatlı olan qurumların prosesi tam şəffaf şəkildə aparmasıdır. Bu isə maliyyə hesabatlarının ayrılması, müvafiq hesablamaların və monitorinqlərin aparılması, ictimai nəzarətin təşkili ilə bağlı məlumatların paylaşılması və ümumilikdə şəffaf mühitin formalaşdırılması ilə mümkündür".

O qeyd edib ki, iqtisadi aspektdən yanaşdıqda hazırda Azərbaycan vətəndaşlarının elektrik enerjisi və ya qaz istehlakı qarşılığında ödədikləri tariflər təkcə həmin enerji resurslarının maya dəyərini deyil, eyni zamanda, infrastrukturun qurulması və saxlanması xərclərini də ehtiva edir:

"Faktiki olaraq, bu gün istehlakçılar həm də enerji infrastrukturunun yaradılması və yenidən qurulması xərclərini ödəyirlər.

Təbii ki, Azərbaycanda enerji infrastrukturunun əhəmiyyətli hissəsi dövlət büdcəsi hesabına qurulub, subsidiyalaşdırılıb. Lakin fakt real olaraq ondan ibarətdir ki, bu xərclər mərhələli şəkildə cəmiyyətin üzərinə ötürülür. Bu baş verirsə, təbii olaraq, infrastruktura çıxışı olan hər bir şəxs, mülkiyyət sahibi və istehlakçı bu və ya digər şəkildə həmin xərclərə töhfə verməlidir.

Bu baxımdan, sabit xərclər - yəni infrastrukturun təmiri, bərpası, saxlanması, yenidən qurulması və yeni infrastrukturun yaradılması ilə bağlı xərclər bütün istehlakçılar arasında ədalətli şəkildə bölüşdürülərsə, bu, daha ədalətli bir tarif sisteminin və ümumilikdə mühitin formalaşmasına səbəb ola bilər.

Bu yanaşmanın şəffaf şəkildə tətbiqi, eyni zamanda, enerjinin birbaşa sərfiyyatı üzrə yaranan xərclərin dəqiq hesablanması, nəticədə isə istehlakçının yalnız sərf etdiyi enerjiyə görə ödəniş etməsi, bu ödənişin həcminin azalmasına gətirib çıxara bilər. Yəni bu gün ümumi tarifin içində bütün xərclər - infrastruktur və sərfiyyat - birlikdə toplanaraq istehlakçılar arasında bölünür.

Amma sabah bunun bir qismi, hansı ki, 30% xərclərin məhz infrastrukturun saxlanması, prosesin idarəolunması, bərpası, yenidən qurulması xərcləridir, bu 30% bütün istehlakçılar arasında bölünəcək.

Dünən üçün bir istehlakçıya, təxminən, ödədiyi ümumi işıq və yaxud da ki qaz pulunda 30-40% sabit xərclərə aid pay düşürdüsə, bu gün müvafiq göstərici düşəcək 25%-ə, 20%-ə. Bu statistika dəqiq deyil, aydındır ki, vəziyyətdən asılı olacaq, lakin düşəcəyi dəqiqdir".

İqtisadçının sözlərinə görə, nəticədə vətəndaşlar daha az enerji istehlakı qarşılığında daha az ödəniş etmə imkanı əldə edəcəklər:

"Lakin bütün bu nəticələrin doğrulması prosesin nə qədər şəffaf idarə olunmasından asılı olacaq. Əgər bu proses şəffaf aparılmazsa, sabit və dəyişən xərclər aydın şəkildə əks etdirilməzsə, ictimai nəzarət təmin edilməzsə, alternativ hesablamaların aparılması mümkün olmazsa, o halda bu mülahizələr də özünü doğrultmaya bilər.

Belə olan halda insanlar mövcud vəziyyətdə olduğu kimi ödəmələr etməyə davam edəcəklər və əlavə olaraq yeni ödəyici bazasının formalaşması ilə də xərclər geniş kütlənin üzərinə ötürüləcək. Ona görə də bu metodologiyanın tətbiqində ədalətli strategiyanın icrası üçün şəffaflıq olduqca vacib məsələdir. Yalnız bu halda metodologiya fərdi istehlakçılara münasibətdə daha ədalətli tarif siyasətinin formalaşmasına xidmət edə bilər".

İqtisadçı Xalid Kərimli açıqlamasında söyləyib ki, işıq və qaz xidmətləri ilə bağlı yeni qanun layihəsi hökumətin tarif siyasətində dəyişiklik etməyə və yeni, daha dayanıqlı modelə keçməyə hazırlaşdığını göstərir:

Onun fikrincə, bu layihənin təqdim olunması xidmət sahəsində köklü dəyişikliklərin planlaşdırıldığından xəbər verir:

"Bu yanaşma dünya təcrübəsində geniş yayılmış modeldir. ABŞ-də, Avropanın bir çox ölkəsində, həmçinin Qazaxıstan və Türkiyədə bu praktika tətbiq olunur. Bu modelə əsasən, vətəndaş xidmətlərdən istifadə etməsə belə, minimal məbləğ ödəməlidir. Bunun da əsas səbəbi - infrastrukturun işlək vəziyyətdə saxlanması, qəza hallarında müdaxilə imkanlarının təmin olunması və enerji təchizatı sistemlərinin daim hazır saxlanmasıdır".

Xalid Kərimli vurğulayıb ki, vətəndaşlar xidmətlərdən istifadə etmədikdə belə, istədikləri an bu xidmətlərə çıxış əldə edə bilirlər və bu imkanı təmin etmək üçün sistem daim işlək vəziyyətdə saxlanılır:

"Yəni biz işıqdan və ya qazdan istifadə etməsək də, istədiyimiz vaxt istifadə edə bilmək üçün bu sistem mövcuddur və işlək qalması üçün xərclər çəkilir. Təbii ki, bu xərclərin vətəndaş tərəfindən qarşılanması zəruridir. Bu, xidmətin mövcudluğunu təmin edən xərclərin daha ədalətli şəkildə bölüşdürülməsi deməkdir".

Qanun layihəsində sabit tarifin hansı formada tətbiq olunacağının hələ dəqiqləşdirilmədiyini qeyd edən iqtisadçının sözlərinə görə, bu sabit ödəniş ya aylıq istehlaka əlavə olunacaq, ya da istifadədən asılı olmayaraq müəyyən ediləcək minimum məbləğ kimi tətbiq ediləcək:

"Əgər sabit tarif minimal ödəniş kimi müəyyənləşərsə və istehlak bu məbləği keçdikdə əlavə xərc tələb olunmazsa, bu, bir evə sahib olan vətəndaşlara təsir etməyəcək. Lakin bir neçə mənzili və istifadədə olmayan əmlakı olan şəxslər üçün bu, əlavə xərclər demək olacaq".

O bildirib ki, bu model "free rider" - yəni sistemdən istifadə edib, xərclərə qatılmayan şəxslərin qarşısını almağa yönəlib:

"İnfrastrukturun saxlanması üçün böyük vəsaitlər xərclənir. Vətəndaş həmin anda istifadə etməsə də, bu sistemdən hər an faydalana bilir. Bu halda da hər kəs sistemin mövcudluğuna töhfə verməlidir. Bu, uzunmüddətli və dayanıqlı tarif modelidir. Qanunun tətbiqi zamanı əhalinin sosial həssas təbəqələrinin müdafiəsi, güzəştli modellərin hazırlanması və bir mənzildə yaşayan istifadəçilər üçün əlavə maliyyə yükü yaranmaması kimi məsələlər hökumətin diqqətində olacaq deyə düşünürəm".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 İyun 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri