Icma.az
close
up
RU
“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

26 oktyabr tarixində Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının tərəfdaşlığı ilə "Payız Əfsanələri 2025" İncəsənət Müsabiqəsi keçiriləcək.

Tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.

Payız mövsümünün ilk və ən irimiqyaslı müsabiqəsi təkcə Bakıdan deyil, həm də ölkəmizin müxtəlif bölgələrindən olan iştirakçıları bir araya gətirəcək.

"Payız Əfsanələri" layihəsi artıq səkkizinci ildir ki, təşkil olunur və ən istedadlı gənc və uşaq ifaçıları bir səhnədə toplayır.

Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və layihənin təsisçisi Əziz Əzizov bildirib ki, müsabiqənin əsas məqsədi - istedadlı uşaqları və gəncləri dəstəkləmək, onların səhnə təcrübəsi qazanmasına və yaradıcılıqlarını inkişaf etdirməsinə şərait yaratmaqdır.

"Hər çıxış sadəcə yarış deyil, özünü kəşf etmək, istedadına inanmaq və səhnənin gücünü hiss etmək fürsətidir. Səmimi və cəsarətli olun - çünki məhz duyğular incəsənəti canlı edir. Bu müsabiqə sizin arzularınıza bir addım daha yaxınlaşmağınıza kömək etsin".

"Payız Əfsanələri 2025" iştirakçıları payız mövsümünə yeni ümid, enerji və motivasiya ilə başlamağa ruhlandırır.
Müsabiqə zamanı iştirakçılar müxtəlif janrlarda - folklor, klassika, estrada və incəsənətin müxtəlif növlərində - mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya, moda üzrə çıxış edəcəklər.

Dörd yaşdan yuxarı hər bir uşaq və gənc öz istedadını və səhnə bacarığını nümayiş etdirə biləcək.
Çıxışlar münsiflər heyəti tərəfindən müəyyən meyarlara əsasən qiymətləndiriləcək, qaliblər diplom, kubok və xüsusi hədiyyələrlə təltif olunacaqlar.

Münsiflər heyəti ölkəmizin tanınmış və əməkdar incəsənət xadimlərindən, xalq artistlərindən ibarətdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:379
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Oktyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri