İŞIQLA BAĞLI YENİ QANUN TƏSDİQLƏNDİ Sabit tarif nə deməkdir?
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
MİA.AZ xəbər verir ki, bundan sonra, Azərbaycanda elektroenergetika sektorunda sabit tarif tətbiq olunacaq.
Sənədə əsasən, elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə aylıq sabit tarif tətbiq olunacaq.
Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq ediləcək və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 28 İyul 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















